50 baxış
Bu yazını paylaşın
Dünya

“Gələcəkdə belə hadisələrin olmaması üçün dünya ictimaiyyəti pisləməlidir”

05 Oktyabr 2020

“Cəbhə xəttindən 60 kilometr məsafədə yerləşən bir şəhərin atəşə tutulması birmənalı olaraq mülki insanları hədəf almaq məqsədi daşıyır”.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan dostluq qrupunun rəhbəri Dmitri Savelyev “Vzglyad.az”a açıqlamasında bildirib.

“Bu hücum Azərbaycan xalqına zərər vurmaq məqsədi daşıyır ki, bu da əslində müharibə cinayətidir, nəticədə bir nəfər ölüb, 32 nəfər yaralanıb. Gələcəkdə belə hadisələrin baş verməməsi üçün dünya ictimaiyyətinin bu cür hərəkətləri qətiyyətlə pisləməsi və Ermənistanın rəsmi orqanlarına təzyiq göstərməsi lazımdır. Rusiya Azərbaycanın ərazi bütövlüyünün tanınması və Dağlıq Qarabağ münaqişəsinin  beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Dinc sakinlərin və əsgərlərin ölümü hər kəs üçün ağrılıdır, bütün işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılmasıyla qan tökülməsini dayandırmaq lazımdır. Bu qaçqınların geri qayıtmasına və referendum yolu ilə Dağlıq Qarabağın öz müqəddaratını təyinetmə prosesinə başlamağa imkan verəcək”,- deyə deputat qeyd edib.

Rusiyalı politoloq Aleksandr Ryabtsov isə sayta müsahibəsində Ermənistanın Gəncəni atəşə tutmasının beynəlxalq cinayət olduğunu bildirib.

“Yalnızca mülki əhalinin yaşadığı Qarabağdakı cəbhə xəttindən on kilometr məsafədə yerləşən Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması Ermənistan ordusunun Azərbaycan əhalisinə qarşı terror siyasətinə sadiq qaldığını göstərir. Fakt budur ki, Azərbaycan ordusu işğal olunmuş rayonları və Dağlıq Qarabağın xaricindəki obyektləri atəşə tutmaqla məşğul deyil və qeyd olunan ərazilər Azərbaycanın ümumi tanınmış əraziləridir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan müstəsna olaraq ərazilərinin işğaldan azad etmə müharibəsi aparır və bu çərçivədə heç bir konvensiya, qanun və razılaşmanı pozmur”,- deyə  Ryabtsov qeyd edib.

Politologun sözlərinə görə, Ermənistan bu addımları ilə özünü dünyaya işğalçı və terrorçu bir ölkə kimi tanıdır: “Ermənistan Azərbaycan şəhərlərini atəşə tutaraq, beynəlxalq qanunları pozur və məqsədyönlü şəkildə cinayət törədir. Bu Beynəlxalq Cinayət Məhkəməsində və Haaqa Beynəlxalq Ədalət Məhkəməsində baxılmalı olan ağır cinayətdir.

“Problemin mahiyyətini başa düşməyənlər nəzərə almalıdırlar ki, Gəncə müharibə zonasından təxminən 60 kilometr məsafədə yerləşir, 500 min əhalisi olan böyük bir şəhərdir. Bu şəhərdə məktəblər, xəstəxanalar, uşaq bağçaları var. Bir zərbə onlarla insanın, qadınların və uşaqların həyatını ala bilər. Erməni qoşunları və onların Xankəndi və İrəvan şəhərindəki rəhbərliyi başa düşürdülər ki, nə edirdilər? Əlbəttə ki, yaxşı başa düşürdülər. Başa düşürdülər və maksimum qurban sayına çatmaq məqsədilə atəş açdılar. Əlbəttə bu, Azərbaycanı bir növ cavab tədbirlərinə təhrik etmək, daha sonra haray çəkərək bu tədbirlərə beynəlxalq cavab tələb etməyə hesablanmış beynəlxalq cinayət əməlidir”,- deyə o, sözlərinə əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…