38 baxış
Bu yazını paylaşın
İctimai

Füzulinin Dədəli və Pirəhmədli kəndlərində görüləcək işlər məlum olub

08 May 2023

“Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri zamanı Dədəli və Pirəhmədli kəndlərinin təməlini qoyub. Kəndlərin ərazisi müvafiq olaraq 314 hektar və 178 hektar təşkil edəcək”.

Telejurnal-ın  “Report”-a istinadən verdiyi məlumata görə bunu, işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.

Onun sözlərinə görə, ümumilikdə Dədəli kəndində 1 050 ədəd, Pirəhmədli kəndində isə 565 ədəd fərdi yaşayış evləri tikiləcək:

“Qeyd etmək istərdim ki, hər bir evin həyətyanı sahəsi 1200 kv. m olacaq. Birinci mərhələ üzrə iki kənddə birlikdə 607 ədəd ev inşa olunacaq. Kəndlərdə sosial infrastruktur layihələri – məktəb, bağça, idman klubu, tibb mərkəzi, bazar, məscid, ticarət obyektləri də inşa olunacaq. Kəndlərdə tarixi ənənələri qorumaqla müasir üsluba malik olan istilik tutumlu evlər layihələndirilib.

Bu yaşayış məntəqələrində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq. Kəndlərdə tikinti işlərinin 2025-ci il ərzində başa çatdırılması planlaşdırılır. Şəhərdaxili yolların ümumi uzunluğu – 87.34 km təşkil edir. İlkin mərhələdə 18.47 km uzunluğunda yolun inşası nəzərdə tutulub.

Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, yaşıllıq zolaqları, velosiped yolları, ictimai nəqliyyatı təmin etmək üçün xüsusi hərəkət zolaqları mövcud olacaq. Prospektlər 4 zolaqlı, küçə və yollar isə 2 zolaqlı olacaqdır”.

Eldar Seyidov vurğulayıb ki, layihə Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr olan magistral su kəmərinin, tullantı sutəmizləyici qurğunun inşası, həmçinin, ümumi uzunluğu 103 kilometr olan su şəbəkəsinin qurulması və digər işlərin görülməsi nəzərdə tutulur.

“Birinci mərhələdə 17 min kubmetr tutumu olan su anbarının inşası planlaşdırılıb. Bu anbar şəhər əhalisinin təxminən 80 faizini içməli su ilə təmin edəcək. Qalan 20 faizinə xidmət göstərən su anbarı 2-ci mərhələdə inşa ediləcək. Bu su anbarın tikintisi ilə şəhərə köçəcək sakinlərimizin daimi su təchizatı təmin olunacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…