27 baxış
Bu yazını paylaşın
Siyasi

Fuad Muradov Koreya XİN və parlamentində görüşlər keçirib

31 May 2023

Koreyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koreya xarici işlər nazirinin xaricdə yaşayan koreyalılarla iş və konsulluq məsələləri üzrə müavini Choi Yeonghan ilə görüşüb.

Bu barədə Dövlət Komitəsindən məlumat verib.

Bildirilib ki, görüş zamanı Komitə sədri Azərbaycan və Koreya arasında münasibətlərin perspektivləri, ölkələriin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Azərbaycan icmasının Koreya cəmiyyətinə inteqrasiyası, gənc soydaşlarımızın təhsil imkanları barədə fikirlərini bölüşüb.

O, eyni zamanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş diaspor siyasəti və Dövlət Komitəsinin fəaliyyət istiqamətləri haqqında nazir müavinini məlumatlandırıb.

Choi Yeonghan öz növbəsində Komitə sədrini salamlayaraq, Koreyaya səfərini yüksək dəyərləndirdiyini bildirib. O, Cənubi Qafqaz ölkələrinin sülh və sabitlik şəraitində yaşamasının, eyni zamanda Azərbaycanın regionda üzləşdiyi problemlərə çağırışlarının sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib. Nazir müavini Koreyada yaşayan və təhsil alan azərbaycanlıların aktiv fəaliyyətinin ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinə töhfə verəcəklərini ifadə edib, xaricdə yaşayan koreyalıların məsələləri üzrə məsul dövlət qurumunun Dövlət Komitəsi ilə mümkün əməkdaşlığını və təcrübə mübadiləsinin aparılmasının vacibliyini qeyd edib.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Komitə sədrinin növbəti görüşü Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri So Byonq Su ilə olub. Dostluq qrupunun rəhbəri Komitə sədrinin səfərindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin 25 ildən artıq bir tarixə malik olduğunu, bu səfərin ölkələr arasında ikitərəfli münasibətlərə yeni imkanlar yaradacağını söyləyib.

Görüşə görə minnətdarlığını bildirən sədr Fuad Muradov ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini qeyd edib. O, dövlətimizin diaspor siyasəti, komitənin strukturu, fəaliyyəti və həyata keçirdiyi irimiqyaslı layihələr, xaricdəki azərbaycanlı icmaların gördüyü işlər, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi, eyni zamanda milli kimliklərini qoruması, azərbaycanlı tələbələrin Koreyada təhsil həyatı, beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini söyləyib.

Görüşdə müxtəlif istiqamətlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…