121 baxış
Bu yazını paylaşın
Maraqlı

Franz Kafka – “Atama məktub”…

17 May 2023

Frans Kafka 3 iyul 1883-cü ildə Bohemiya krallığının paytaxtı Praqa şəhərində orta sinif almandilli yəhudi ailəsində anadan olmuşdur. Almandilli əşkinazi yəhudisi romançı və hekayə yazarı olmuşdur. Vəkil təhsili almış, təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlmişdir. Bu zaman boş zamanlarında yazmağa başlamışdır. Həyatı boyunca Kafka gərgin və formal münasibət bəslədiyi atası da daxil olmaqla ailəsi və yaxın dostlarına yüzlərlə məktub yazmışdır. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür. Ən tanınmış əsərləri “Çevrilmə”, “Məhkəmə”, “Qəsr” və “Milenaya məktublar” hesab olunur. Kafkanın sağlığında çox az əsəri çap olunmuşdur: hekayə kolleksiyaları “Düşünmək” ilə “Kənd həkimi” və fərdi hekayələri ədəbi jurnallarda nəşr olunmuş, lakin az ictimai diqqət almışdır. Kafka dostu Maks Broddan tamamlamadığı “Məhkəmə”, “Qəsr” və “Amerika” romanlarını məhv etməyi xahiş etmiş, lakin Maks bunu rədd etmiş və Kafkanın ölümündən sonra əsərlərini çap etdirmişdir. Onun əsərləri XX əsr ədəbiyyatına – yazıçılarına, filosoflarına, sənətkarlarına və tənqidçilərinə böyük təsir göstərmişdir. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə “kafkavari” sözü daxil olmuşdur. Həyatında bir neçə qadın olsa da, heç vaxt evlənməmişdir. 3 iyun 1924-cü ildə Avstriya-Macarıstanda 40 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.

Gəlin bu dəfə Franz Kafkanın “Atama məktub” əsərindən danışaq. “Atama məktub” əsəri klassizmin ən gözəl əsərlərindən biridir deyə bilərəm. Bu əsər adi hekayə deyil, Franz Kafkanın öz atasıyla münasibətindən yazılıb. Əslində Kafka sağlığında bunu atasına məktub olaraq yazmışdır. Amma verməyə heç vaxt cəsarəti olmamışdır. Onun vəfatından sonra yaxın dostu Maks Brod tərəfindən çap edilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunduğu üçün onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.

1919-cu ilin yanvarında Kafka Şlesendəki kururtda müalicə kimi olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası- Herman Kafka pis münasibət bəsləyir. Güman edilir ki, bu hadisə, Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi göstərilir.

Yüz səhifəlik əlyazmasından ibarət bu məktubda Kafka atası ilə olan konflikti çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir.

Məktubun əvvəlinə “Əziz ata!

Bu yaxınlarda məndən soruşdun ki, niyə hər yerdə səndən qorxmağımdan danışıram.” sözlərini yazaraq başlayan Kafka, məktubun sonuna qədər bu sualı cavablandırmağa çalışır. Buna müxtəlif səbəblər gətirir. Amma konkret bir cavab tapa bilmir. Kafka bütün günahı atasının üstünədə atmır, sanki onu günahlandırmağa qıya bilmir. Amma kitabı oxusanız əmin olarsınız ki, həqiqətən atası ona qarşı çox haqsızlıq edib. Kitabın 32-ci səhifəsində belə bir abzas ilə rahatlaşdım.

“Çoxdan bəri boynuma minnət qoyursan ki, sənin əməyin sayəsində mən ehtiyac ne olduğunu bilməmişəm, sakit, isti yerdə, kef-damaq içində yaşamışam.”

Bu sözlər atasıyla problemi olan çox insana tanışdır. Franzın atası başa düşmürdü ki, Franzın problemi bu deyil. O sadəcə çox az.. Çox az sevgi görmək istəyirdi atasından. Sevildiyini hiss etmək istəyirdi..

39-cu səhifədən olan belə bir abzasıda yazmaq istəyirəm.

” Ağına-bozuna baxmadan bütün ağrı-acılarımızı onun(anasını nəzərdə tutur) üstünə tökmüşük- sən bir tərəfdən, biz də bir tərəfdən. Qəribə idi ki, heç birimiz ona pislik eləmək istəmirdik, yalnız sənin bizimlə, bizim də səninlə apardığımız mübarizə haqqında düşünürdük, açığımızı da onun üstünə tökürdük.”

Yenə atasıyla problem yaşayan çox insana tanışdır bu sözlər…

Atayla problem yaşamaq və heç bir şey düşünmədən, bütün açığını anadan çıxmaq.. Nə qədər də acınacaqlı vəziyyətdir. Əslində ananın sənə ən ehtiyacı olan anda ona etdiyin hərəkət..

Kitabın 72-ci səhifəsində Franz həll yolunu bunda görür;

“Ancaq bunun üçün gərək olanlar olmamış olaydı, yəni heç birimiz olmayaydıq.”

73-cü səhifədə isə səbəbi açıqlayır;

” Səbəblərdən biri sənin öz uşaqlarına olan münasibətin idi ki, bütün bu məktub da ona həsr olunub.”

Kitabın sonunda isə belə bir abzasla rastlaşırsan;

” həqiqətə o qədər yaxınlaşa bildik ki, ikimiz də özümüzü, az da olsa, rahat hiss eləyə bilərik, bu dünyada da, o dünyada da yüngülləşərik.”

Yəni Franz, məktubun sonunda ümid edir ki, bundan sonra onların hər ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaqdır.

Həqiqətən məktub çox təsirli, çox gözəl yazılmışdır. Amma heyif ki, heç vaxt cəsarət edib, onu atasına göndərə bilməmişdir. Bəlkə də göndərsə , hər şey fərqli ola bilərdi. Bəlkə də əvvəlkindən daha pis. Bunu bilə bilmərik. Bildiyim tək şey var ki, kitab həqiqətən çox mükəmməldir.

Franz Kafkanın da dediyi kimi; “Ölümü gözləyən edam məhkumu kimiyəm”…

Aytac Haciyeva

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…