63 baxış
Bu yazını paylaşın
Siyasi

Fransanın “Atlantico” portalında Zəngilan rayonu ilə bağlı məqalə dərc edilib

05 Fevral 2021

Fransanın “Atlantico” portalında Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu ilə bağlı məqalə dərc edilib.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalənin müəllifi jurnalist Sebastyan Bussua 27 il erməni işğalı altında qalmış Zəngilanın 44 günlük döyüşlər zamanı azad edildiyini bildirir. O vurğulayır ki, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu ərazilərin Azərbaycana məxsus olduğunu təsdiqləsə də, buna əməl edilmirdi. Səkkiz yüz min azərbaycanlı Qarabağdan didərgin salınıb. Onlar 30 il ərzində işğaldan əvvəlki həyatlarından uzaq düşməli olublar, evlərində isə ermənilər məskunlaşdırılıb.
Fransız jurnalist məqalədə Zəngilandan olan köçkünlər Rəsul və Aygünün fikirlərinə də yer verib. Rəsul birinci Qarabağ müharibəsində iştirak edib, onun oğlu isə İkinci Qarabağ müharibəsində döyüşüb.
Məqalədə Zəngilan kimi Ağdam, Füzuli şəhərlərinin də işğal dövründə eyni tale yaşadığı diqqətə çatdırılır. Bütün bu şəhərlərin yerlə-yeksan edildiyi, bəzi yerlərdə isə ermənilərin məskunlaşdırıldığı qeyd edilir.
Ağdamda gördüyü vəziyyətdən dəhşətə gəldiyini qeyd edən jurnalist burada daşın-daş üstündə qalmadığını, şəhərin tamamilə dağıdıldığını vurğulayır.
Fransız jurnalist Zəngilanın uzaqdan gördüyü füsunkar təbiətini təsvir edir, bu gözəlliyin hələ ki, əlçatmaz olduğunu yazır. Çünki şəhərə daxil olmaq üçün əvvəlcə ərazi minalardan təmizlənməlidir. O, həmçinin ətrafdakı mənzərənin burada necə qızğın döyüşlər getdiyini əks etdirdiyini yazır.
S.Bussua Azərbaycan üçün çox vacib olan, Naxçıvanla əlaqə yaradacaq yolun tikintisindən də söz açır. O, Naxçıvan və onun tarixi haqqında məlumat verir, uzun illərdən sonra yenidən quru yolla Naxçıvana getməyin mümkün olacağını diqqətə çatdırır.
Məqalədə karbohidrogen ehtiyatlarla zəngin olan Azərbaycanın çox mühüm geostrateji məkanda yerləşdiyi bildirilir. İpək Yolunun keçmişdə qalmadığını qeyd edən jurnalist indi bu yolun yenidən Çin və Avropanı birləşdirən əsas mehvər olduğunu yazır, bütün dünya ölkələrinin bu yoldan faydalanacağını qeyd edir. Vurğulayır ki, Zəngilan məhz belə bir strateji yolun üzərində yerləşir.
Məqalədə azad olunmuş ərazilərin sakinlərinin doğma yurdlarına qayıdışlarını səbirsizliklə gözlədikləri diqqətə çatdırılır. Sakinlərin geri qayıdışının gələcək uğurların əsas hissəsi olduğu vurğulanır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…