37 baxış
Bu yazını paylaşın
Siyasi

Fransalı ekspert: “Fransa hökuməti müxalifəti sıxışdırır”

03 İyul 2023

“Fransa hökuməti ölkədə müxalifəti sıxışdırır”.

Bu fikirləri  böhranlar zamanı kommunikasiya üzrə ekspert və təşkilatlar yanında strateji məsləhətçi Jan-Fransua Duma (Jean-Francois Dumas) bildirib.

Onun sözlərinə görə, Fransada baş verən bugünkü böhran və son hadisələr 20 ildən çoxdur ki, ölkədə aparılan yanlış siyasətin əlamətlərindən biridir:

“Hazırda ölkədə baş verənlərə ölkə rəhbəri Emmanuel Makron biganə münasibət bəsləyir. Parisətrafı şəhərlərdə əhalinin çox ciddi inteqrasiya problemi var. Əgər bu gün oradakı insanlar bizə, tariximizə, cəmiyyətimizə qarşı münaqişəyə giriblərsə burada yalnız özümüz günahkarıq. Emmanuel Makron gəlmələri ölkəyə buraxır. Bunun müqabilində ölkədə onları qəbul etmək, yerləşdirmək, mənzillə təmin etmək, inteqrasiyalarını təmin etmək üçün heç bir şərait yoxdur. Miqrantlar ictimai yerlərdə dağıntılar törədir, ticarət obyektlərini talan edirlər. Çünki bilirlər ki, onlara münasibətdə ciddi tədbirlər görülməyəcək. Son hadisələr zamanı dəyən maddi ziyanın müqabilində biz çox az sayda insanın həbs edildiyinin şahidi olduq”.

Jan-Fransua Duma hökumətin müxalifətin fəaliyyətini məhdudlaşdırdığını deyib:

“Ölkə prezidenti fəaliyyətinin ilk beşilliyi müddətində “sarı jiletlilər” etiraz aksiyaları keçirdilər. Lakin insanlar əbəs yerə bir ilə yaxın etiraz etdilər, özlərini boş yerə yordular. Onların tələblərinə baxılmadı və heç bir tədbir görülmədi. Makrona vaxtilə səs verənlər bu gün onun siyasəti ilə razı deyillər. Makron müxalifətin fəaliyyətini məhdudlaşdırmağa nail olub. Bu gün ölkədə artıq nə sosialistlər, nə sağçılar, nə də kommunistlərin fəaliyyətləri qalıb. Fransada bu gün yalnız ifrat solçuların səsi eşidilir ki, onlar da özlərini hədsiz dərəcədə aqressiv göstərməklə tanınırlar”.

Ekspert Fransa polisinin bügünkü ağır iş şəraitinə də toxunub:

“Atəş açan polisin soyuqqanlığını itirməsi bizi təəcübləndirir. Bu gün Fransa polisi ağır iş şəraitində çalışır. Belə ki, işin həcmi çox, polisi say və gəlirləri azdır. Onlarla pis rəftar olunur, üzərlərinə koka-kola, pivə qabları atılır. Fransada bu gün elə məhəllələr var ki, ev həkimləri o ərazilərə girməkdən ehtiyat edirlər. Parisətrafı rayonlarda üstlərində silah gəzdirənlər var ki, ölkə prezidenti bütün bunlara tamamilə biganə münasibət göstərir”.

J.Duma bu gün Fransa tarixində çox qəmgin bir səhifənin yaşadıldığını bildirib:

“Bu gün ölkəmizin borcu rekord həddə çatıb. Bizim ödədiyimiz vergilərin hara getdiyini heç bilmirik. Hesab edirəm ki, Emmanuel Makron Fransanı sevmir. Fransanın tarixi, mədəniyyəti bu gün Avropa İttifaqı tərkibindən silinmək üzrədir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…