44 baxış
Bu yazını paylaşın
Dünya

Fransalı deputat: Hər kəsin dolğun məlumatlara sahib ola bilməsi üçün Azərbaycanın da mövqeyinin yayılması ədalətli olardı

25 Oktyabr 2020

Ermənistanla Azərbaycan arasında qarşıdurma davam etdiyi bir vaxtda “Le Figaro” qəzeti Azərbaycan Prezidenti ilə ölkəsinin mövqeyini çatdıran müsahibə dərc edir. Kütləvi informasiya vasitələrində Ermənistanın rəyinə əsaslanan şərhləri oxuyur və eşidirik, hər kəsin daha dolğun məlumatlara sahib ola bilməsi üçün isə Azərbaycan tərəfinin mövqeyinin də yayılmasını ədalətli hesab edirəm.

Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Prezident İlham Əliyevin “Le Figaro” qəzetinə müsahibəsindən sonra özünün “Facebook” səhifəsində paylaşıb.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Jerom Lamber qeyd edib ki, münaqişə 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərinin böyük bir hissəsinin – Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun işğal edilməsindən qaynaqlanır. BMT Təhlükəsizlik Şurasının Ermənistanın hərbi yolla işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsinə dair qətnamələrinə baxmayaraq, 30 ildir işğal davam edir. Əlbəttə ki, Fransa bu qətnamələrə ABŞ, Rusiya və Çin ilə birlikdə səs verib və ölkəmiz beynəlxalq birliyin qərarlarının tətbiqinə nail olmaq üçün vasitəçiliyə cəhd edib. Ancaq indiyə qədər bu vasitəçilik heç bir nəticə verməyib. Azərbaycan ərazilərinin işğalı dünyanın heç bir ölkəsi tərəfindən qəbul edilmir. Ancaq daxili siyasi səbəblərdən bu münaqişənin davam etməsində yalnız Ermənistan maraqlıdır.

Bu işğal illərində çoxsaylı insidentlər oldu. Ancaq Azərbaycanın işğal zonasında və bu zonadan kənarda olan şəhərlərinin bombalanması kimi intensiv səviyyəyə çatmamışdı. Vəziyyətin belə gərginləşməsi narahatedicidir.

Fransız deputat “Facebook” səhifəsində Azərbaycan Prezidentinin “Le Figaro” qəzetində çıxan müsahibəsini paylaşıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…