24 baxış
Bu yazını paylaşın
İctimai

Fransada yaşayan həmyerlimiz Etibar Əsədli V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında çıxış edib

13 May 2022

“Qafqazın Konservatoriyası” olan Şuşada ecazkar muğamın, könüllər oxşayan Azərbaycan mahnılarının və müxtəlif xalqların musiqilərinin əsl təntənəsi yaşanır.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının ikinci günündə şəhərin qala divarlarının yanında qurulmuş səhnədə Azərbaycan musiqisini bütün dünyada təbliğ edən, Fransada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, bəstəkar, musiqiçi Etibar Əsədli və onun qrupu yer alıb.

Tamaşaçılar qarşısında geniş və maraqlı proqramla çıxış edən Etibar Əsədli dinləyiciləri üçün repertuarındakı ən zəngin musiqilərini səsləndirib. Musiqiçinin ifasında cazla-muğamın sintezindən, həmçinin Azərbaycan mahnılarının melodiyaları ilə dünya musiqisinin müxtəlif janrlarında, fərqli ritmdə, incəliklə harmoniyalaşdırılmış zəngin və dərin düşüncəli kompozisiyalar hər bir tamaşaçıya yüksək zövq bəxş edib. Musiqiçi bu dəfə tamaşaçılar üçün “Salam”, “Qara qaşın vəsməsi”, “Jamming Mugham”, “Mirror”, “Sarı Gəlin” kompozisiyalarını böyük şövq və məharətlə səsləndirib

Qeyd edək ki, Bakı şəhərində anadan olan musiqiçi ilk təhsilini də burada alıb. Bakıda tam olaraq akademik musiqi təhsili alan Etibar Əsədli yerli və beynəlxalq caz festivallarında uğurlu çıxışlar edib. ABŞ, İngiltərə, Fransa, Avstriya, İsveçrə, Almaniya, Portuqaliya, Rusiya, Türkiyə, Cənubi Koreya, Çin və digər ölkələrdə fərqli layihələrdə konsertlər verib.

Hazırda Etibar Əsədli Paris şəhərində yaşayır. Fransanın məşhur CMDL (Centre des Musique Didier Lockvood) Caz təhsil məktəbinin məzunudur. Eyni zamanda Avropanın məşhur caz ulduzları ilə müxtəlif layihələrdə iştirak edir.

Xatırladaq ki, mayın 14-dək Şuşada keçiriləcək V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin, Azərbaycanın müxtəlif regionlarından olan folklor qrupları doğma Şuşanı öz musiqi töhfələri ilə salamlayacaqlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…