41 baxış
Bu yazını paylaşın
Siyasi

Fransada iğtişaşlar özəl sektora 1 milyard avrodan çox ziyan vurub

04 İyul 2023

Fransada polisin əlcəzairəsilli 17 yaşlı yeniyetməni öldürməsindən sonra bir neçə gün ərzində respublikanın hər yerində baş verən iğtişaşlar nəticəsində iş adamları və bankirləri 1 milyard avrodan çox itki ilə üzləşib.

Telejurnal  xəbər verir ki, bunu Fransa Sahibkarlar Hərəkatının (MEDEF) rəhbəri Jofru Ru de Bezyo “Le Parisien” qəzetinə müsahibəsində deyib.

O, bununla belə, dəqiq rəqəm söyləməyin hələ tez olduğunu vurğulayıb.

“Turizmə dəyən zərəri saymasaq, söhbət 1 milyard avrodan çox vəsaitdən gedir. Dünyada yayılan iğtişaşların videoları Fransanın imicinə xələl gətirir”, – o deyib.

MEDEF rəhbəri vurğulayıb ki, son günlər ərzində 200 mağaza tamamilə talan edilib, 300 bank filialı dağıdılıb. 250-yə yaxın tütün mağazası da qarət edilib. Bəzi ticarətçilər soyğunçuluqla yanaşı, iğtişaşçılar tərəfindən yandırılan yanğınlardan da əziyyət çəkirlər.

Daha əvvəl AFP xəbər verib ki, iğtişaşlar fonunda, xüsusilə ABŞ-dan olan əcnəbilər Paris otellərində sifarişlərin 25%-ə qədərini ləğv ediblər.

Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də əlcəzairəsilli 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayıb. Polisin qətli ölkədə geniş narazılığa səbəb olub. Etiraz və qarşıdurmalar zamanı minlərlə insan saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…