27 baxış
Bu yazını paylaşın
Dünya

Fransada ifrat sağçılarla etirazçılar arasında toqquşmalar olub

04 İyul 2023

Fransanın Anje şəhərində ifrat sağçı qruplar iğtişaşçıları dağıtmağa başlayıb.

Telejurnal xəbər verir ki, şəhərin küçələrindən çəkilmiş video tviter istifadəçiləri tərəfindən yayılıb.

Görüntülərin müəllifləri qeyd edirlər ki, etirazçılar şəhər küçələrində qarətlərə başlayıblar. Videoda insanların tüstü bombalarından istifadə etdiyi və butulka atmaları görünür.

Tviter istifadəçilərindən birinin hesabında paylaşılan görüntüdə “birgə yaşamaq artıq mümkün deyil” deyili.

Fransanın hüquq-mühafizə orqanları iğtişaşlar zamanı 3,2 min nəfəri saxlayıb. Saxlanılanların orta yaşı 17-dir, onların 60%-nin əvvəllər ədalət mühakiməsi ilə bağlı heç bir problemi olmayıb.

İyulun 2-də Fransa Prezidenti Emmanuel Makron daxili işlər naziri Jerald Darmen və ədliyyə naziri Erik Düpon-Morettiyə iğtişaşların dayandırılması üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.

Fransada iğtişaşlar Parisin ətrafında başlayıb, iyunun 27-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Nanterdə 17 yaşlı əlcəzairlini güllələyərək öldürüblər. Polis gəncin hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina etdiyini bildirib. Atəş açan şəxslə bağlı araşdırmalara başlanılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…