53 baxış
Bu yazını paylaşın
Siyasi

Fransa səfiri Gəncəyə səfər edib

15 May 2023

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fransanın Azərbaycandakı xanım Ann Buayonla görüşüb.

 

“Telejurnal”ın məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

 

Niyazi Bayramov qonağı salamlayaraq, Gəncə şəhərinin iqtisadi, sənaye, elm, təhsil və digər sahələri haqqında məlumat verib. Bildirib ki, ölkə üzrə ikinci ən böyük sənaye şəhəri olan Gəncədə hazırda, “Azəralüminium” ASC, Gəncə Avtomobil Zavodu, “Gəncə Şərab – 2” və digər müəssisələr fəaliyyət göstərir. Bununla yanaşı, “Azərbazalt” MMC-nin sifarişi ilə Gəncədə orqanik gübrə istehsalı zavodu inşa edilir.

 

Zavodda Göygöl rayonunun 10,8 hektar ərazisi olan Çaykənd yatağından çıxarılan bazalt emal ediləcək.

 

Şəhər rəhbəri, gələcəkdə zavodda istehsal olunacaq məhsulun Avropa bazarına da ixracının nəzərdə tutululduğunu diqqətə çatdırıb.

 

Söhbət zamanı, o da bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri şəhərin iqtisadi və turizm potensialının genişlənməsinə təkan verir, çünki sözügedən ərazilərə ən yaxın sənaye və logistika mərkəzi məhz Gəncə şəhəridir.

 

Fransanın Fövqəladə və Səlahiyyətli səfiri xanım Ann Buayon səmimi qarşılanmaya görə və ətraflı məlumat üçün Niyazi Bayramova öz minnətdarlığını bildirib. Xanım Ann Buayon ölkəmizdə diplomatik fəaliyyətinin başladığı müddətdə ilk rəsmi səfərinin məhz Gəncə şəhərinə etdiyini diqqətə çatdırıb. Səfər çərçivəsində “Azəralümünium” ASC, Gəncə Dövlət Universitetinə, Azərbaycan Dövlət Aqrar Universitetinə ziyarət edəcəyini bildirib.

 

Görüşdə ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları da müzakirə edilib.

 

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

 

Görüşdən sonra xanım Ann Buayon Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış əraziyə baş çəkib. Səfirə törədilən terror barədə geniş məlumat verilib. Bildirilib ki, 2020-ci ildə Gəncə şəhəri ümumilikdə 5 dəfə raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Diplomat terror zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə gül dəstələri düzüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…