27 baxış
Bu yazını paylaşın
Siyasi

Fransa prezident seçkilərinin Bakıda keçirilmiş səsverməsinin yekun nəticələri açıqlanıb

13 Aprel 2022

Fransa prezident seçkilərinin Bakıdakı seçki məntəqəsində səs vermiş Fransa vətəndaşlarının çoxu hazırkı Prezident Emmanuel Makrona səs verib.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, Bakıda yaradılmış seçki məntəqəsində 34 nəfər (34,34%) Makrona səs verib.

İkinci yerdə qərarlaşmış Jan-Lyuk Melanşon 25 səs (25,25%), üçüncü yeri tutmuş Erik Zemmur 10 səs (10,10%) qazanıb.

Makronun əsas rəqibi və “Milli Birlik” partiyasının lideri Marin Le Penə 8 nəfər (8,08%) səs verib.

Ümumilikdə, məntəqədə qeydə alınmış 189 nəfərdən 101-i seçkilərdə iştirak edib. Onlardan ikisinin səsi etibarsız sayılıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-u baş tutub.

Seçici bülletenlərinin 100%-nin hesablanmasından sonra Emmanuel Makron ilk turda seçicilərin 27,84%-nin səsini toplamağı bacarıb. İkinci yerdə 23,15% səslə Marin Le Pen qərarlaşıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…