32 baxış
Bu yazını paylaşın
Siyasi

Fransa portalında bu ölkənin prezidentliyə namizədinin Qarabağa qeyri-qanuni səfəri tənqid olunub

26 Yanvar 2022

Fransanın “Musulmansenfrance” portalında Jan-Mişel Brənin “Pekresdən Lö Drianadək: Hüquqi dövlət… işimizə yarayanda” sərlövhəli məqalə dərc olunub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Fransa prezidenti seçkilərinə namizəd Valeri Pekresin Azərbaycan torpaqlarına qeyri-qanuni səfərinə toxunulub.
Müəllif Fransa Milli Assambleyasında sağçıların bu səfərlərlə bağlı hay-küy salmalarından, sərsəmləmələrindən söz açaraq, Fransa Avropa və xarici işlər naziri Jan-İv Lö Drianın cavabının düzgün olmamasından yazıb. Bildirib ki, hüququn aliliyi yalnız Fransa rəsmilərinin işinə yarayanda yada düşür.
Müəllif Qarabağ haqqında məlumat verərək, onun bütün beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın ərazisi olduğunu qeyd edir. Pekresin Qarabağa gizli səfər etməklə bütün dünyada qəbul edilmiş qaydaları kobud şəkildə pozduğunu vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Valeri OPekresin Qarabağa qanunsuz səfəri ilə bağlı fikirlərini olduğu kimi tərcümə edən müəllif burada heç bir hədədən söhbət getmədiyini diqqətə çatdırıb. Qeyd edib ki, Pekresin Fransa prezidentliyinə namizədliyi onun hər yerə getməsinə icazəsi vermir.
Müəllif Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqına sədrliyi zamanı inauqurasiya nitqində “Qanunun aliliyinin sonu özbaşınalığın hökmranlığıdır” söylədiyini xatırladan müəllif rəsmi Parisin Minsk qrupunun həmsədri kimi neytrallığa riayət etməli olduğunu bir daha vurğulayıb.
Jan-Mişel Brən bildirir ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian Milli Assambleya üzvlərinə Qarabağın Azərbaycanın ərazisi olduğunu, onun suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsini təsdiqləyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırlatmalı idi.
Məqalədə Qarabağdakı xristian kilsələrinin erməni separatçıları tərəfindən dağıdılmasından da söz açılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…