94 baxış
Bu yazını paylaşın
Siyasi

Fransa portalı: Avropa rəsmi Bakıdan kömək istəyir

10 Mart 2022

Fransanın “Causeur” portalında “Ukraynada müharibə: Avropa Bakıdan kömək istəyir” sərlövhəli məqalə dərc olunub.
” TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Avropada bugünkü vəziyyətə toxunulur, Avropanın üzləşdiyi çətinliklərdən söz açılır. Belə bir vəziyyətdə Avropanın rəsmi Bakının yardımına ehtiyac duyduğu qeyd edilir.
Ölkəmizin 30 il ərzində üzləşdiyi işğaldan da danışılan yazıda Azərbaycan rəhbərliyinin müdrik siyasəti sayəsində ölkənin çətin iqtisadi vəziyyətdən çıxmasından, tarazlaşdırılmış xarici siyasətindən bəhs olunur. Ölkəmizin müəllifi olduğu və bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında misilsiz rolu olan, böyük əhəmiyyət daşıyan beynəlxalq layihələrə, o cümlədən neft və qaz kəmərlərinə xüsusi diqqət çəkilir.
Vurğulanır ki, müstəqil iqtisadi inkişafa nail olan Azərbaycanın bu gün beynəlxalq arenada xüsusi yeri var. “Bəzi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyevin telefonu susmur. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, İtaliya Respublikası Nazirlər Şurasının Sədri Mario Draqi, NATO-nun Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron son günlər Prezident İlham Əliyevə tez-tez zəng edirlər”, – deyə müəllif qeyd edir.
Məqalədə Azərbaycanın 2021-ci ildə Türkiyə, İtaliya, Yunanıstan və Bolqarıstan kimi ölkələrə 19,5 milyard kubmetr təbii qaz göndərməsindən və qarşıdan gələn aylarda bu rəqəmi daha da artıracağından bəhs olunur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…