46 baxış
Bu yazını paylaşın
Dünya

Fransa KİV-də erməni təxribatları ilə bağlı məqalə dərc edildi

09 Oktyabr 2020

Fransa mətbuatında fransız tarixçi-jurnalist Alain Roumestandın müəllifliyi ilə “Son xəbərlər: Azərbaycan-Ermənistan münaqişəsi – əgər obyektiv olsaq” başlıqlı məqalə yayımlanıb. 

“telejurnal”ya daxil olan xəbərə görə, “Oxucu hər hansı bir məsələ barədə qəti qərar verməzdən əvvəl birtərəfli deyil, tamamilə hərtərəfli məlumatlanmalıdır” -cümləsi ilə başlayan məqalədə fransız tarixçi-jurnalist bildirir ki, BMT qətnamələrinə əhəmiyyət vermədən 30 ilə yaxındır ki Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan bu ilin sentyabrın 27-də atdığı 3 raketlə Azərbaycanı müharibəyə təhrik edib.

“Ermənistan münaqişə ərazisi olmayan böyük şəhərləri – hətta paytaxta yaxın əraziləri də ballistik raketlərlə hədəfə alaraq Azərbaycan tərəfini birbaşa Ermənistana hücum etməyə, beləliklə də münaqişənin miqyasını genişləndirməyə çalışır. 1997-ci ildən Fransa, Amerika və Rusiya üçlüyü Minsk qrupunda iki ölkə arasında münaqişənin həllinə cavabdehdir. Məsələyə rəsmi münasibət olaraq neytrallıq nümayiş etdirməlidirlər”- fikirləri də məqalədə öz əksini tapıb.

Məqalənin sonunda Ermənistanın avqust ayında Beyrutdakı partlayışdan sonra 150 ailəni işğal olunmuş ərazilərdə yerləşdirdiyi, iyulda Tovuz hadisələrindən sonra Ermənistanın İraqdakı səfirinin PKK ilə danışıqlar apardığı, döyüşçüləri İran üzərindən Ermənistana göndərdiyi və digər bu kimi məsələlərə də toxunulur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…