57 baxış
Bu yazını paylaşın
Müsahibə

“Fransa Ermənistanı silahlandırmaqla sülh danışıqlarına mane olur”-Vüqar İskəndərov

12 İyun 2023

“Fransa Ermənistanı silahlandırmaqla sülh danışıqlarına mane olur”.

Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı  Vüqar İskəndərov deyib.
Deputat xatırladıb ki, tarixən Fransa demokratiyadan, insan haqlarından, fikir azadlığından, plüralizmdən danışsa da əməllərində sözlərinin tam əksini göstərib:

“Saxladığı koloniyalar, digər ölkələrdə törətdiyi iğtişaşlar, daxildə insan hüquqlarının pozulması, polis zorakılığı, islamofobiya, türkofobiya kimi mənfi tendensiyalar bu gün Fransada tüğyan edir. Makron hakimiyyətinin Azərbaycanın 44 günlük Vətən müharibəsindəki ikiüzlü siyasəti artıq tam çılpaqlığı ilə ortadadır”.

“Sülhdən dəm vuran Makron əməldə Ermənistanı silahlandırmağa başlayıb. Sülh danışıqları prosesinə əngəl olmağa çalışır. Hətta konkret mane törədir. Azərbaycan Prezidenti İlham Əliyevin tələbi ilə Makron bu danışıqlardan uzaqlaşdırılıb”-, o, qeyd edib.

Deputat əlavə edib ki, hazırda Fransanın daxilində vətəndaş itaətsizliyi hökm sürür:

“Makron iqtidarından narazı kütlənin sayı durmadan artır. Bütün bu proseslərin fonunda rəsmi Parisin Azərbaycana və Türkiyəyə qarşı yürütdüyü siyasət qəbuledilməzdir. Fransanın Rusiya-Ukrayna müharibəsi fonunda da ikiüzlü və selektiv yanaşması yuxarıda sadalananlara bariz nümunədir. Avropa dəyərlərindən danışan Fransa Ukraynanı dəstəklədiyini desə də, Fransa Makronun simasında Rusiya ilə separatçı danışıqlar aparması barədə konkret faktlar mövcuddur. Burada da Makron siyasəti bir daha sülh və humanitar dəyərlərin təbliği məsələlərində özünün mənfi fəaliyyətini ortaya qoymuş olur”.

V.İskəndərov vurğulayıb ki, hal-hazırda Fransa öz daxilindəki problemlərə daha çox fokuslanmalı və onların həll olunması üçün konkret addımlar atmalıdır:

“Azərbaycanın qətiyyətli addımları, dövlət başçımızın uğurlu siyasəti ölkəmizi daha da gücləndirir. Prezident İlham Əliyevin sülh danışıqları prosesində irəli sürdüyü fikirləri həm rəsmi Vaşinqton formatında, həm Brüssel, həm də rəsmi Moskva formatında dəstəklənir. Ona görə də Fransa yaxşı olar ki, öz daxili problemləri ilə məşğul olsun və onların həlli üçün çalışsın”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…