25 baxış
Bu yazını paylaşın
Dünya

Fransa 25 milyard dollardan çox Rusiya aktivlərini dondurub

13 Aprel 2022

Fransanın Maliyyə Nazirliyi Ukraynada müharibənin başlamasından bu yana dondurulan 23,7 milyard avro və ya 25,6 milyard dollarlıq Rusiya aktivlərinin siyahısını dərc edib.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə CNN telekanalı Fransa hökumətinin rəsmi sənədlərinə istinadla məlumat yayıb. Məlumata görə, dondurulan aktivlərin 22,8 milyard avro dəyərində olan əsas hissəsi Rusiya Mərkəzi Bankına məxsusdur.
Bundan başqa, “qara siyahıya” Fransanın Antibes, Saint-Jean-Cap-Ferrat və Saint-Tropez kimi nüfuzlu kurortlardakı ünvanlar da daxil olmaqla, ümumi dəyəri 573,6 milyon avroluq 33 mülk daxildir. Həmçinin ümumilikdə 7 milyon avro təşkil edən bank aktivləri, üç yaxta, altı helikopter və üç sənət əsəri də bloklanıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən RF-ə qarşı geniş sanksiyalar tətbiq edib və onların siyahısı getdikcə artır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…