39 baxış
Bu yazını paylaşın
İctimai

“Formula 1”: Bakıda yeddinci yarış bu gün start götürür

28 Aprel 2023

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürəcək.

TELEJURNAL  xəbər verir ki, ilk gündə birinci sərbəst yürüş və sıralama turu baş tutacaq.

Bundan əlavə, “Formula 2″də də sınaq yürüşü ilə yanaşı, təsnifat da gerçəkləşəcək.

51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə keçirilib. Sonrakı altı turnir Azərbaycan Qran-prisi adlanıb.

2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkiardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. İndiyədək Bakıda qalib gələn sürücü ikinci dəfə bu uğuru təkrarlaya bilməyib.

Azərbaycan Qran-prisinədək “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, “Aston Martin”in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb. “Mercedes”dən almaniyalı britaniyalı Lyuis Hemilton 64 xalla dördüncü, Alonsonun “Ferrari”dəki həmyerlisi Karlos Sayns 39 xalla beşincidir.

Konstruktorlar kubokunda “Red Bull” 123 xalla birinci, “Aston Martin” 65 xalla ikinci, “Mercedes” 56 xalla üçüncü yerdədir.

Azərbaycan Qran-prisində ilk günün proqramı

11:05. “Formula 2″də sərbəst yürüş

13:30. “Formula 1″də sərbəst yürüş

15:00. “Formula 2″də sıralama turu

17:00. “Formula 1″də sıralama turu

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…