156 baxış
Bu yazını paylaşın
İqtisadi

Fondlara ödəniş edən vergiödəyicilərinə güzəşt olunur

27 Yanvar 2022

Son illərdə yaradılan “YAŞAT” Fondu, Koronavirusla Mübarizəyə Dəstək Fondu və digər bu kimi fondlara köçürmə edən vergiödəyicilərinə Vergi Məcəlləsinə edilən dəyişikliklə güzəştlər nəzərdə tutulub.
“TELEJURNAL” AZƏRTAC -a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergiödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il yanvarın 1-dən 10 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il yanvarın 1-dən 8 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız ödənişlərə tətbiq edilir.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə edilmiş əlavəyə əsasən, 2021-ci ilin yanvarın 1-dən 8 il müddətinədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara ödənilmiş vəsaitlərin həmin hesabat ili üzrə əldə edilmiş mənfəətin 10 faizindən çox olmayan hissəsi qədər mənfəətdən azaldılmasına yol veriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…