26 baxış
Bu yazını paylaşın
Dünya

Finlandiya və İsveç NATO-ya üzvlük protokollarını imzalayıb

05 İyul 2022

Bakı, 5 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Finlandiya və İsveçin xarici işlər nazirləri Pekka Haavisto və Ann Linde, həmçinin NATO üzvü olan 30 ölkənin səfirləri blokun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə hər iki ölkənin alyansa daxil olması barədə protokolları imzalayıblar.

xarici KİV-lər xəbər verir ki, NATO-ya üzv dövlətlər sənədləri ratifikasiya edildikdən sonra Finlandiya və İsveç alyansa üzv ola biləcək.

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO ölkələrinə təşəkkür edərək, sənədlərin tezliklə ratifikasiya olunacağına ümidvar olduqlarını bildirib və alyansın inkişafına töhfə verəcəklərini vəd ediblər. İyulun 4-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün danışıqları birinci raundda başa çatdırıblar ki, bu da alyansın tarixində rekord göstəricidir. Adətən danışıqlar prosesi illərlə uzanır.

Hər iki ölkə NATO-ya qəbul olunmaq üçün mayın 18-də alyansa rəsmən müraciət edib. Lakin Türkiyənin vetosu bu prosesi bir müddət ləngidib. İyunun 28-də Madriddə Şimali Atlantika Alyansının sammiti ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistyö, İsveçin baş naziri Maqdalena Anderson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar baş tutub. Danışıqların nəticələrinə əsasən, Stokholm və Helsinkinin alyansa üzv olmasına icazə verən, Ankaranın silah satışı və terrorizmlə mübarizə ilə bağlı narahatlığının nəzərə alındığı memorandum imzalanıb.

Madrid sammitindən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın yaxın vaxtlarda 40 ədəd modernizə edilmiş F-16 qırıcı təyyarəsinin tədarükü ilə bağlı ABŞ-dan qərar gözlədiyini bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…