23 baxış
Bu yazını paylaşın
Siyasi

Finlandiya səfiri: “Jurnalistlər üçün keçirilən ikigünlük seminarda üç aspektə diqqət yetirilir”

19 İyun 2023

“Media mütəxəssislərinin təhlükələrə hazır olmasına və onların qarşısını almağa kömək etməli olan Bakıda jurnalistlər üçün “Media və hibrid hücumlar” adlı ikigünlük seminar üç aspektdən ibarətdir”.

Telejurnal  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Finlandiyanın Azərbaycandakı səfiri Kirsti Narinen bildirib.

Onun sözlərinə görə, birinci aspekt xaricdən gələn informasiyaya qarşı mübarizədir: “Hər bir ölkə bu və ya digər şəkildə belə təsir obyektidir”.

Səfir qeyd edib ki, ikinci aspekt media savadlılığına, yəni auditoriyanın real hadisələrə əsaslanan materialları xəbər axınından ayırd edə bilməsinə həsr olunub: “Bu, media istehlakçılarından bacarıq tələb edir. Bizdə bu, mediada tənqidi düşüncə, eləcə də gənc nəslin təhsili ilə bağlı geniş ictimai müzakirələr deməkdir”.

K.Narinen vurğulayıb ki, üçüncü aspekt həqiqəti əks etdirən informasiyanın çatdırılmasında medianın roludur: “Peşəkar media sosial şəbəkələrdən fərqlənir. Peşəkar jurnalist mediası faktlara və rəqəmlərə, o cümlədən media istehlakçılarının tənqidi təfəkkürünü dəstəkləyən təhlillərə əsaslanaraq həqiqəti çatdırmaq üçün yaradılıb”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…