24 baxış
Bu yazını paylaşın
Dünya

Filippində vulkan səbəbindən daha 30 min insan təxliyə ediləcək

03 İyul 2023

Filippin hakimiyyəti Luzon adasında püskürən Mayon vulkanı ərazisində əlavə 30 min insanı təxliyə etməyə hazırlaşır.

Telejurnal xəbər verir ki, bu barədə “Manila Standard” qəzeti məlumat yayıb.

Vulkanın səkkiz kilometrliyində yaşayan sakinlərə təcili evakuasiyaya hazırlaşmaq tövsiyə olunub.

Filippin Xəbər Agentliyinin daha əvvəl xəbər verdiyi kimi, iyunun 11-də başlayan Mayon vulkanının püskürməsi nəticəsində 13,8 min insan təxliyə edilib. Yerli hakimiyyət orqanları təxliyə edilənləri humanitar yardım, o cümlədən su və ərzaq təchizatı və ilkin tələbat malları ilə təmin etmək üçün təxminən 500 min dollar ayırıb.

Təxminən 2 500 metr hündürlüyü olan Mayon Filippindəki ən aktiv vulkan hesab olunur. Mayonun püskürməsi sonuncu dəfə 2018-ci ilin yanvarında baş verib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…