41 baxış
Bu yazını paylaşın
Dünya

Filadelfiyada kütləvi iğtişaşlar baş verib

27 Oktyabr 2020
Filadelfiyada kütləvi iğtişaşlar baş verib

ABŞ-ın Filadelfiya ştatında ötən gün polis tərəfindən bir nəfərin güllələnməsindən sonra başlayan kütləvi iğtişaşlar gecədən səhərədək davam edib.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, polisin məlumatına görə saat 3 radələrində məhəllədə 27 yaşlı Uolter Uollas adlı bir nəfərin əlində bıçaqla iki polis nəfərinə tərəf gələndə onlar əvvəlcə silahlarını çıxarıb ona tuşlayıb, sonra da bir neçə atəş açıblar və həmin şəxs yerə yıxılıb. Bundan sonra polislərdən biri tərəfindən xəstəxanaya çatdırılan yaralı orada keçinib.

Polislərdən biri və hadisə şahidi Uollasdan əlindəki bıçağı almağa çalışsalar da, bunu bacarmayıblar. Həmçinin gəncin yanında olan anasının da onu sakitləşdirməyə çalışdığı bildirilir.

Öldürülənin atası oğlunun əqli problemlərlə üzləşdiyini, tibbi nəzarətdə olduğunu bildirib.

Hadisəyə dair təhqiqat başlayıb. Bununla yanaşı, şəhərdə başlayan iğtişaşlar zamanı 30 nəfərədək polisin əksər hallarda daş və kərpiclə yara alaraq xəstəxanalara yerləşdirildiyi, bir o qədər də şəxsin həbs olunduğu bildirilir. Hadisələr nəticəsində bir polis bölməsinə və bir sıra iş yerlərinə xeyli maddi ziyan yetirilib, beş polis avtomobili yararsız hala salınıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…