24 baxış
Bu yazını paylaşın
Dünya

FIDE prezidenti Karlsenin bəyanatına reaksiya verib.

21 İyul 2022

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bu il norveçli dünya çempionu Maqnus Karlsenin şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi ilə görüşdən imtinasına dair açıq bəyanata münasibət bildirib.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, Karlsen mübarizədən rəsmən geri çəkilməsə də, FIDE-də onun qərarının qəti olduğu başa düşülüb.

Bunu nəzərə alaraq, Dvorkoviç bəyanatla çıxış edib. O bildirib ki, Karlsen karyerası ilə bağlı hansı qərarı verməsindən asılı olmayaraq, FIDE və bütün şahmat ictimaiyyətinin yalnız hörmətinə layiqdir. Tarixdə yalnız bir ovuc insan titul üçün beş matç keçirməyin nə qədər böyük itki tələb etdiyini başa düşə və qiymətləndirə bilər.

Digər idman növləri üzrə böyük çempionlar da buna bənzər bir şey yaşadılar: illər keçdikcə ən yüksək səviyyədə məşq etmək və yarışmaq üçün motivasiya tapmaq daha çətindir, halbuki qələbənin mükafatı heç vaxt ilk günkü kimi bu qədər güclü hiss olunmur.

Biz ümid edirdik ki, bir qədər layiqli istirahətdən sonra Maqnus buna başqa cür baxacaq. Onun kimi idman əfsanələri həmişə məqsəd və rekordlar üçün çalışırlar. O, hələ gəncdir və yəqin ki, artıq görkəmli karyerasına daha çox klassik titullar əlavə edə bilərdi. Çünki Karlsen şübhəsiz ki, üstünlük verdiyi rapid və blits üsullarında da özünü sınayacaq.

O, şübhələrini ilk dəfə açıq şəkildə ifadə etdiyi vaxtdan FIDE dialoqa və dünya çempionatluğu uğrunda matçın formatının dəyişdirilməsi ilə bağlı konkret təklifləri nəzərdən keçirməyə açıq idi. Bu ideyaların bəziləri mayda Karlsen və digər yüksək səviyyəli oyunçularla müzakirə edilib. Madriddə isə bizim bütün narahatlıqların açıq və ətraflı müzakirə edildiyi görüşümüz olub. Təəssüf ki, o, fikrini dəyişdirməyib”.

Onun titulunu qorumamaq qərarı, şübhəsiz ki, azarkeşlər üçün məyusluq, tamaşaçılar üçün isə pis xəbərdir və bizim üçün böyük boşluq buraxır. Lakin indi şahmat Maqnusun da sayəsində həmişəkindən daha güclüdür. İdman dünyasında ən uzun və ən hörmətli ənənələrdən biri olan dünya çempionatı maçı davam edəcək”.

Qeyd edək ki, Maqnus Karlsen Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə oynamaq istədiyini açıqlayıb. O, həmçinin dünya çempionluğu uğrunda matçın keçirilmə sisteminin dəyişdirilməsini tələb edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…