47 baxış
Bu yazını paylaşın
İctimai

FHN neft ərazilərində yaşayan şəxslərə və bura tullantı atan şirkətlərə xəbərdarlıq edib – FOTO

18 İyul 2022

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyini birgə təmin edək” devizi altında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin aidiyyəti qurumlarının Səbail Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə birgə tədbir keçirilib.

“TELEJURNAL.AZ” “OXU.AZ”a istinadən xəbər verir ki, tədbir Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi “Azneft” İB-nin “Bibiheybət” Neft-qazçıxarma İdarəsinin 3-cü mədən ərazisində baş tutub.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov bildirib ki, sözügedən ərazinin ümumi sahəsi təxminən 90 hektardır:

“40 hektar ərazidə yerləşən Mərkəzi Neft Yığma məntəqəsində sahələrdən gələn neftin qəbulu üçün 5 ədəd çən mövcuddur. Bunların beşi 2000 kubmetr, iki çən isə 1000 kubmetr həcmdə xam neftin saxlanması üçün nəzərdə tutulub və 500 metr məsafədə yerləşən Neft Kəmərləri İdarəsinə bu çənlərdən neft nəql olunur. Ərazidə 150 quyu, 70 ədəd mancanaq dəzgahı, neft çöküntüləri yığılan kiçik həcmli çənlər, kollektor və boru xətləri, qaz kompressor və separator qurğuları, neft qızdırıcı sobalar mövcuddur.

Bununla yanaşı, ərazidən “Azərişıq” ASC-yə məxsus 110 kV-luq yarımstansiyadan ayrılan yüksək gərginlikli elektrik xətləri, “Azəriqaz” İB-yə məxsus Badamdar qəsəbəsi Qaz təmizləyici məntəqəsindən ayrılan 325 millimetrlik orta təzyiqli qaz boru kəməri keçir. Bir sözlə sənaye zonası olmaqla, bilavasitə neft quyularının yaxınlığında yerləşən yaşayış evlərinin mövcudluğu baxımından bu ərazi riskli yaşayış zonası hesab edilir”.

Həmçinin A.Kazımov əlavə edib ki, ərazidəki neft və qaz nəqli borularının ətrafı qamışlıq, kol-kosdan ibarətdir:

“Bundan əlavə, yaxınlıqda inşaat işləri aparan şəxslər, yaxud şirkətlər tərəfindən də bu əraziyə tikinti-məişət tullantıları, o cümlədən yanar materiallar da atılıb ki, bu da ərazinin yüksək risk qrupuna aid edilməsinə, real yanğına səbəb ola biləcək hala səbəb olub. Mövcud vəziyyəti qiymətləndirən FHN Dövlət Yanğın Nəzarəti Xidməti ərazilərin təmiz saxlanılması sahəsində cavabdeh olan bütün aidiyyəti qurumların əlaqədar təşkilatlarına qarşı mütəmadi olaraq yanğın təhlükəsizliyinə dair tələblər irəli sürür, o cümlədən inzibati tədbirlər görür. Bununla belə, hələ də belə hallar qalmaqdadır”.

Qeyd edək ki, bu gündən etibarən Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə əlaqədar qurumların, kommunal təsərrüfat işçilərinin cəlb edilməsi ilə ərazinin kol-kosdan, qamışlıq sahələrindən, tullantılardan təmizlənməsi, neft, qaz nəql edən boruların təhlükəsiz istismar vəziyyətinə gətirilməsi, yaxınlıqdakı yaşayış evlərinin etibarlı mühafizəsi məqsədilə genişmiqyaslı abadlıq işlərinə start verilib.

A.Kazımov bildirib ki, xüsusilə neft quyuları, mancanaq dəzgahları ilə yaşayış evlərinin mühafizə zonalarındakı quru kol-kos qamışlıq sahələrinin təmizlənməsinə nail olunması məqsədilə rayon kommunal təsərrüfat işçilərinə ilkin olaraq məhz sözügedən sahələrdən işlərə başlanması tapşırılıb:

“Sonrakı mərhələdə ərazidən keçən kommunikasiya və yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zolaqları yaradılmalı və məişət tullantıları ərazidən kənarlaşdırılmalıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…