31 baxış
Bu yazını paylaşın
İctimai

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

27 May 2023

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

 

FHN-dən verilən məlumata görə, respublikanın qərb bölgəsinə yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

FHN-nin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

FHN bir daha əhaliyə müraciət edərək, yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyini, bəzi ərazilərdə leysan xarakterli yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli sel və daşqın keçmə ehtimalını nəzərə alaraq müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…