27 baxış
Bu yazını paylaşın
İctimai

FHN əhalini yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb

25 İyul 2023

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən  bildirilib ki, həyata keçirilən kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə, əkinçilik fəaliyyəti ilə məşğul olan fermer və təsərrüfat sahibləri ilə mütəmadi olaraq keçirilən maarifləndirici xarakterli görüşlərə baxmayaraq, yenə də bir sıra yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibət müşahidə olunmaqdadır.

Qeyd edilib ki, icrası sadə olan həmin təhlükəsizlik qaydalarına belə münasibət isə sonda acı nəticələrə gətirib çıxarır:

“Son zamanlar meşə və meşəətrafı ərazilərdə baş verən yanğınlarla əlaqədar aparılan təhlillər bu yanğınların bir sıra hallarda meşə massivi ilə əkin sahələri arasında şumlama yolu ilə təhlükəsizlik zolaqlarının yaradılmaması ilə bağlı olduğunu deməyə əsas verir. Belə ki, qanunvericiliyə uyğun olaraq əkin sahələri ilə meşə zolağı arasında eni 4 metrdən az olmamaqla şumlama aparılmalıdır ki, bu da əkin sahəsində hər hansı səbəbdən baş verən yanğının genişlənərək meşəyə keçməsinin qarşısını alır”.

FHN qeyd olunanlarla bağlı bir daha əkinçilik fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən fermer və təsərrüfat sahiblərinə müraciət edərək əkin sahələrinin ətrafında eni 4 metrdən az olmamaqla mineral zolağın yaradılmasının qanunvericiliklə tələb olunduğunu və bu tələbin icra olunmamasının hüquqi məsuliyyət yaratdığnı xatırladıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…