29 baxış
Bu yazını paylaşın
İctimai

FHN Dövlət Yanğın Nəzarəti Xidməti taxıl və meşə sahələrində silsilə maarifləndirmə tədbirləri keçirib

02 Avqust 2022

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şamaxı, Qəbələ, Göyçay, Goranboy, Yevlax, Göygöl, Ağstafa, Ağdaş və Astara rayonlarının ərazisindəki taxıl və meşə sahələrində – açıq havada “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.

Nazirliyin mətbuat xidmətindən TELEJURNAL-a bildiriblər ki, maarifləndirmə tədbirlərində həmin rayonların aidiyyəti qurumlarının nümayəndələri, sahibkarlar və meşə təsərrüfatı mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb.

Tədbirlərdə, həmçinin meşə sahələrində yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib. Eyni zamanda, meşələrin və meşəətrafı ərazilərin, yüksək gərginlikli hava elektrik xətlərinin təhlükəsizlik dəhlizlərinin quru ot, kol-kos, qurumuş ağaclardan təmizlənməsinin, yanğınsöndürən maşınların sərbəst hərəkət etməsi üçün yolların genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, göstərilən mövzularda silsilə tədbirlər digər rayonlarda da keçirilir.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…