172 baxış
Bu yazını paylaşın
Siyasi

Fəxri konsul: “Xarkovda yaşayan azərbaycanlıların sayını dəqiqləşdiririk”

25 Fevral 2022

“Ukraynanın Xarkov şəhərində Azərbaycan konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir və həmvətənlərimizə imkanları daxilində müxtəlif köməklikləri göstərməkdədir”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov deyib.

Onun sözlərinə görə, hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosessi ilə məşğuldur.

O qeyd edib ki, operativ qaydada konsulluq Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycanın konsulluğu və Xarici İşlər Nazirliyi ilə mütəmadi məsləhətləşmələr həyata keçirir.

“Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 24-dən başlayaraq Ukrayna ərazilərində hərbi-siyasi vəziyyət gərginləşib. Ölkənin bir çox istiqamətlərində hərbi əməliyyatlar gedir. Ukraynanın Xarkov şəhəri döyüşlərin getdiyi əsas ərazilərə yaxındır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…