32 baxış
Bu yazını paylaşın
İqtisadi

Fevralda bəzi ASC-lərin səhmləri təkrar hərraca çıxarılacaq

17 Yanvar 2022

Fevralın 22-i saat 09:30-da Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təkrar pul hərracı keçiriləcək.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, “Bərdə Mexaniki Təmir”, “Beyləqan Buzxana”, “Salyan Broyler”, “Tovuz Məişət”, “Goranboy Aqrotexservis” və “Zaqatala Fındıq” ASC-lərin səhmləri təkrar satışa çıxarılacaq.
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər ƏMDX-nin Əmlak Xidmətləri Məkanında və yaxud Xidmətin “emlak.gov.az” elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.
Hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin “privatization.az” portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…