23 baxış
Bu yazını paylaşın
Siyasi

Fərruxda aşkarlanan insan qalıqları 30 il əvvəl itkin düşmüş Neftçala sakinlərinin yaxınlarını ümidləndirib

30 Mart 2022

Bu günlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olması ehtimalı 30 il bundan əvvəl Fərrux yüksəliyi uğrunda döyüşlərdə itkin düşmüş Neftçala sakini İlham Dadaşovun yaxınlarını ümidləndirib.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Dadaşov İlham Adil oğlu Neftçala rayonunun Kürkənd kəndində doğulub. İbtidai təhsilini kənd məktəbində, orta təhsilini isə Bakı şəhərindəki S.C.Pişəvəri adına ərəb-fars məktəbində alıb.

Leninqrad (indiki Sank-Peterburq) şəhərində hərbi xidmətdə olub. Hərbi hissə ləğv olunduğundan o, altı aydan sonra doğma ocağına qayıdıb, əlinə silah alaraq I Qarabağ savaşına qatılıb.

Qardaşı Vüqar Dadaşov “Report”un yerli bürosuna bildirib ki, İ.Dadaşov bir neçə yaşayış məntəqəsi uğrunda döyüşlərdə iştirak edib: “Onun son döyüşü Fərrux yüksəkliyi uğrunda olub. 19 sentyabr 1992-ci ildə Fərrux dağını düşməndən azad etmək üçün qardaşımgil hücuma keçir. Həmin gün qanlı döyüşlər gedir. Yoldaşlarından biri yaralanır. Qardaşım İlham yaralını döyüş meydanından çıxarmaq istərkən düşmən gülləsinə tuş gəlir”.

Onun sözlərinə görə, o vaxtdan bu günə kimi İlham Dadaşovu çox axtarsalar da nəticəsiz qalıb. Bundan sonra təsəlli tapmaq üçün iki il əvvəl şəhər qəbiristanlığında şəhid statusu almış qardaşı İlham Dadaşovun məzarını düzəltdirirlər.

Bu günlərdə Fərrux yüksəkliyində insan sümüklərinin tapılması Dadaşovlar ailəsində də övladlarının tapılacağı inamı yaradıb.

Bununla bağlı ailə üzvlərindən də analiz götürülüb.

Qeyd edək ki, 19 sentyabr 1992-ci ildə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə İlham Dadaşovla bərabər həmyerliləri-Mirqurbanlı kənd sakini, 1973-cü il təvəllüdlü Əsgərov Bəxtiyar Ağabala oğlu və 1973-cü il təvəllüdlü Abasallı kənd sakini Abdullayev Əlibala Teyyub oğlu da itkin düşüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…