27 baxış
Bu yazını paylaşın
Siyasi

Fərid Şəfiyev: “Fransanın öz problemlərinə toxunmağa icazə vermədən başqalarının problemlərini müzakirə etmək imtiyazı yoxdur”

06 İyul 2023

“Fransanın öz problemlərinə toxunmağa icazə vermədən başqalarının problemlərini müzakirə etmək imtiyazı yoxdur”.

Telejurnal-ın  xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı müzakirələr başlayandan bəri o, bunu qınamağa başlayıb: “İstənilən dövlətin hər hansı ölkədə yaranan problemi müzakirə etmək hüququ var. Dəvət olunan ölkələrin özləri bütün problemlərdən danışırlar”, – o deyib.

F.Şəfiyev vurğulayıb ki, Azərbaycan da imperiyanın qurbanı olub və bu siyasətin fəsadlarını, nəticələrini regionda hələ də hiss edir: “Buna görə də Azərbaycan dünyadakı bu problemlərin həlli üçün mübarizəni davam etdirəcək. Xüsusilə ona görə ki, Azərbaycana gələn müxtəlif xalqların nümayəndələri bu məsələləri qaldırmağı xahiş edirdilər”.

“Bu gün Fransada Afrika və ya ərəb ölkələrindən olan miqrantlara qarşı ayrı-seçkilik davam edir”, – o deyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…