209 baxış
Bu yazını paylaşın
Siyasi

Fərid Şəfiyev: “Avropa Parlamentində Azərbaycana qarşı qərəzli kampaniya aparılır”

12 Mart 2022

“Uzun illərdir Avropa Parlamentində Azərbaycana qarşı bir qrup formalaşıb. Burada erməni lobbisindən də söhbət gedir. Ancaq müxtəlif digər qruplar da var”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqları işğal altında olan zaman Avropa Parlamenti daha obyektiv mövqe tuturdu: F.Şəfiyev söyləyib ki, bunu qurumun 2009-2011-ci illərdə qəbul etdiyi bəzi qətnamələrdə də görmək mümkündür: “Ancaq Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra ölkəmizə qarşı həm fərdi şəkildə (Niderland, Lüksenburq parlamentlərində və s.), həm də Avropa Parlamenti səviyyəsində kampaniya başlayıb. Avropa Parlamentinin qətnaməsi də birtərəfli qaydada Azərbaycana qarşı olan bir qətnamədir. Fikrimcə, buna ən yaxşı cavab isə bu il Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında yeni sazişin imzalanması olacaq. Avropa Parlamentində olan bu qruplar Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin güclənməsini və genişlənməsini istəmirlər”.

BMTM-nin İdarə Heyətinin sədri bildirib ki, hazırda üzərində işlənilən sazişdə bir çox şərtləri Azərbaycan diqtə edir: “Həmin məsələlər də sazişdə öz əksini tapmalıdır. Yeni hazırlanan saziş Azərbaycanın maraqlarına cavab verməlidir. Bütün bu qərəzli qətnamələrə ən yaxşı cavab bu sazişi imzalamaq və Avropa İttifaqı arasında əlaqələri inkişaf etdirməkdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…