37 baxış
Bu yazını paylaşın
İdman

Fərid Qayıbov lll Avropa Oyunlarında medal sayının az olmasının səbəbini açıqlayıb

03 İyul 2023

Gənclər və idman naziri Fərid Qayıbov lll Avropa Oyunlarında Azərbaycan idmançılarının qazandığı medal sayının az olmasının səbəbini açıqlayıb.

Telejurnal-ın məlumatına görə, F. Qayıbov bu barədə nazirliyin rəsmi saytındakı qeydində yazıb.

“Ötən oyunlara nisbətən medallarımızın sayı az oldu. Düşünürəm ki, bunun əsas səbəblərindən biri ötən oyunlarda qazanılmış medalların 75 faizinin bizim üçün ənənəvi medal gətirən idman növlərində əldə edilməsidir. Lakin bu dəfə həmin idman növləri oyunların proqramında yox idi. İndi federasiyalarla birlikdə oyunların nəticələrini təhlil edib müzakirələr aparmalıyıq”, – nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan idmançıları III Avropa Oyunlarında 3 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…