42 baxış
Bu yazını paylaşın
İdman

Fərid Qayıbov: “Gimnastika ilə bağlı Avropa Oyunlarının Təşkilat Komitəsi ilə razılığa gələ bilmədik”

06 İyul 2023

“Bu il əsas qitə miqyaslı idman hadisəsi Avropa Oyunları idi. Təəssüf ki, gimnastika və bir sıra əsas növlər proqrama daxil edilmədi. Bütün cəhdlərimizə baxmayaraq, Polşa Təşkilat Komitəsi ilə razılığa gələ bilmədik”.

Telejurnal-ın  məlumatına görə, bunu Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində yazıb.

Azərbaycanın gənclər və idman naziri gimnastikanın əvvəlki yarışlarda olduğu kimi növbəti Avropa Oyunlarında da promrama daxil ediləcəyinə inandığını bildirib.

Fərid Qayıbov 19-20 iyulda İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclasının keçiriləcəyini xatırladıb. O, toplantıda müəyyən qərarların qəbul ediləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan idmançıları III Avropa Oyunlarında 3 qızıl, 2 gümüş və 6 bürünc medal əldə ediblər. Komanda ümumi hesabda 24-cü yeri tutub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…