30 baxış
Bu yazını paylaşın
İctimai

Fərid Əhmədov: “Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun hazırlanır”

22 İyun 2023

Azərbaycanda Data idarəçiliyi strategiyası çərçivəsində yeni qanun layihəsi hazırlanır.

Telejurnal xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Bakıda keçirilən İnsan Resursları Zirvəsi çərçivəsində “Yeni səhifəyə keç” mövzusundakı paneldə deyib.

O bildirib ki, hazırda fərdi məlumatların qorunmasını əhatə edən yeni qanun layihəsi ilə bağlı razılaşdırmalar aparılır: “Bu qanun layihəsi parlamentə təsdiq üçün göndərilərsə, o zaman biz fərdi məlumatların qorunması istiqamətində qanunu qəbul etmiş olarıq”.

Nazir müavini bildirib ki, Data idarəçiliyi strategiyası çərçivəsində fərdi məlumatların xüsusi rolu müəyyən edilir: “Bu strategiyanın dövlət səviyyəsində qəbul olunmasını istəyirik. Bütün yanaşmalar bu strategiyada təsbit edilmiş olacaq. Hazırda dövlət qurumlarında Data ilə bağlı böyük araşdırma və qiymətləndirmə aparılır və vəziyyət birmənalı deyil. Onların Dataya hazırlıq səviyyələri müxtəlifdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…