19 baxış
Bu yazını paylaşın
Siyasi

Fərid Cəfərov: İnanırıq ki, gənclərin enerjisi və gücü dövrümüzün ən çətin problemlərinin həllinə yardım edəcək

10 Fevral 2022

Gənclər dövrümüzün ən çətin çağırışlarının həllində dövlətlərinə və hökumətlərinə kömək etmək üçün güc, enerji və çox ehtiyac duyulan qüvvədir. Biz inanırıq ki, gənclərin enerjisi və gücü dövrümüzün ən çətin problemlərinin həllinə yardım edəcək.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov fevralın 10-da “Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiyası” Konfransında çıxışı zamanı deyib.
İcraçı direktor qeyd edib ki, Gənclər Fondu azərbaycanlı gənclərin beynəlxalq tədbirlərdə, konfranslarda və müsabiqələrdə iştirakının maliyyələşdirilməsini həyata keçirib. Fond tərəfindən indiyədək 400-dən çox gəncin xaricdə keçirilən müxtəlif tədbirlərdə iştirakına dəstək verilib.
“Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin yaradılması gündəlikdə duran bir çox məsələlərin həll edilməsində, o cümlədən dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verəcək. Bizim 2022-ci il üçün ambisiyalı fəaliyyət planımız var və inanırıq ki, bu tədbir həmin fəaliyyət planının başlanğıcı olacaq”, – deyə icraçı direktor qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…