56 baxış
Bu yazını paylaşın
Siyasi

Fərhad Abdullayev Türkiyədə keçirilən tədbirdə iştirak edir

27 Aprel 2022

Türkiyədə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü münasibətilə İstanbulda “Konstitusiya ədalət mühakiməsi orqanları arasında əməkdaşlığın əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

 

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Türkiyədə səfərdə olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslanın sədrliyi ilə keçən toplantıda dünyanın 30-dan artıq ölkəsindən nümayəndə heyətləri iştirak edib.

Tədbirdə iştirakçı ölkələrin konstitusiya məhkəmələrinin orqanları əsas fəaliyyət istiqamətləri və məhkəmə-hüquq əməkdaşlığı ətrafında müzakirələr aparılıb.

Konfransda çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanın dost və qardaş Türkiyə Respublikası, habelə digər xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə daima təcrübə mübadiləsi apardığını qeyd edib. Bildirilib ki, 1998-ci ildə yaradılan Azərbaycan Konstitusiya Məhkəməsi öz fəaliyyətini konstitusiya ədalət mühakiməsinin vasitəsilə həyata keçirir. O, həmçinin qeyd edilib ki, Türkiyə Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə təsisi təklif edilən Türk Dövlətləri Təşkilatına üzv olan Dövlətlərin Konstitusiya Məhkəmələrinin Konfransının (Şurasının) yaradılması türkdilli ölkələr arasında məhkəmə-hüquq əməkdaşlığı üçün səmərəli platforma kimi çıxış edəcək.

Tədbirdə konstitusiya nəzarəti orqanlarının arasında əlaqələrin inkişafı barədə fikir mübadilələri ilə davam etdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…