21 baxış
Bu yazını paylaşın
Dünya

Fələstin prezidenti İsrailin müdafiə naziri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki, Fələstin Prezidenti Mahmud Abbas ABŞ Prezidenti Cozef Baydenin Yaxın Şərq səfəri ərəfəsində İsrailin müdafiə naziri Beni Hansla görüşüb. Görüşdə təhlükəsizlik sahəsində koordinasiya məsələləri müzakirə olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin katibi Hüseyn əş-Şeyx bildirib.

“Fələstin prezidenti görüş zamanı siyasi üfüq yaratmağın, imzalanan sazişlərə hörmətlə yanaşmağın və vəziyyətin gərginləşməsinə səbəb olan bütün fəaliyyətlərin dayandırılmasının vacibliyini vurğulayıb. Mahmud Abbas, həmçinin ABŞ Prezidenti Cozef Baydenin regiona səfəri ərəfəsində əlverişli atmosferin yaradılmasının vacibliyini qeyd edib”, – deyə Hüseyn əş-Şeyx özünün tviter hesabında yazıb.

Görüş Mahmud Abbasın İordan çayının qərb sahilində, Ramallah şəhərindəki rəsmi iqamətgahında baş tutub.

ABŞ Prezidenti Cozef Bayden iyulun 13-dən 16-dək İsrailə, İordan çayının qərb sahilinə və Səudiyyə Ərəbistanına səfər edəcək. Ağ ev administrasiyasının məlumatına görə, Birləşmiş Ştatların lideri Fələstin prezidenti də daxil olmaqla, regiondakı bir sıra həmkarları ilə görüşməyi planlaşdırır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…