145 baxış
Bu yazını paylaşın
Dünya

FED uçot dərəcəsini artırmaqda davam edəcək

18 Avqust 2022

ABŞ-ın Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) hakimiyyət orqanları ölkədə inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasını qeydə alana qədər uçot dərəcəsini artırmağa davam etmək niyyətindədir.

“TELEJURNAL.AZ” xəbər verir ki, bu barədə FED-in açıq bazar üzrə rəhbər komitəsinin iyulun 26-27-də keçirilən iclası ilə bağlı açıqlanan məlumatda yer alıb.

“İnflyasiya komitənin hədəfindən xeyli yüksək olaraq qaldığı üçün (2% – Red), iclas iştirakçıları belə qənaətə gəliblər ki, faiz dərəcəsini artırmaqda davam etmək lazımdır”

Sentyabrın 20-21-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin hansı səviyyəyə qaldırılacağı sənəddə deyilmir. Analitiklər uçot dərəcəsinin 0,5 faiz artacağını gözləyirlər.

FED rəhbərliyi bildirib ki, hazırda uçot dərəcəsi “neytral səviyyədə”dir ki, bu da ölkədə iqtisadi fəallığı məhdudlaşdırmır. Protokollarda vurğulanır ki, maliyyə tənzimləyicisi öz hərəkətlərinin inflyasiyaya təsirini müəyyən edərsə, uçot dərəcəsinin daim artırılmasını dayandırmağa hazırdır.

“İclas iştirakçıları təklif etdilər ki, pul siyasəti daha da sərtləşdikcə, məcmu siyasətə düzəlişlərin iqtisadi aktivliyə və inflyasiyaya təsirini qiymətləndirərkən müəyyən məqamlarda faiz artımının sürətini azaltmaq məqsədəuyğun ola bilər”.

Bundan əvvəl ABŞ Əmək Nazirliyi ölkədə istehlak qiymətlərinin iyul ayında illik ifadədə 8,5% artdığını bildirmişdi. FED inflyasiya ilə mübarizə məqsədilə iyul ayında ardıcıl ikinci dəfə uçot dərəcəsini artırdı.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…