24 baxış
Bu yazını paylaşın
Siyasi

Fatma Yıldırım: Gəncə Memorial Kompleksi vətəndaşlarımızın və əcnəbi qonaqların ziyarət etdiyi məkan olacaq

02 Fevral 2022

Prezident İlham Əliyevin Gəncə şəhərinə səfəri əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra obyektlərin təməlini qoydu, eləcə də açılışlar etdi. Dövlətimizin başçısının səfəri Gəncə şəhərinin daha da inkişaf etdirilməsi ilə bağlı mühüm addımların atılmasını özündə ehtiva edir.
“TELEJURNAL” xəbər verir ki, bu fikirləri AZƏRTACA-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi cinayət törədərək döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərini bir neçə dəfə qadağan olunmuş silahlardan atəşə tutmuşdu. Bu cinayətin nəticəsində xeyli sayda dinc insan həlak oldu, yaralandı, yaşayış evləri dağıdıldı. Gəncədə 26 mülki vətəndaş erməni faşizminin qurbanı oldu. Şəhid olanların 6-sı uşaq idi. Qanlı cinayətin törədildiyi vaxtdan həmin məkan insanların ziyarət yeri olub, həmçinin xarici qonaqların səfərləri təşkil olunub. Prezident İlham Əliyev Gəncəyə səfəri zamanı isə həmin ərazidə inşa olunacaq Memorial Kompleksin təməlini qoyub.
Memorial Kompleksin dörd hektarda yaradılması ilə böyük bir ərazini əhatə edəcəyini qeyd edən deputat deyib: “Layihəyə əsasən erməni hücumu nəticəsində dağıdılmış binalar olduğu kimi qalacaq. Əlbəttə, bu, çox doğru addımdır. Çünki bu, bizim qan yaddaşımızdır, bu yaddaş silinməməlidir və tariximizdə olduğu kimi yaşamalıdır. Azərbaycan xalqı olaraq regionda sülhün bərqərar olmasını istəyirik. Amma ermənilərin törətdiyi cinayətlər, vəhşiliklər heç vaxt unudulmamalıdır. Bu baxımdan, Gəncədə yaradılacaq Memorial Kompleks böyük əhəmiyyətə malikdir. Bu kompleks vətəndaşlarımızın və əcnəbi qonaqların ziyarət etdiyi məkan olacaq. Bununla da, gələcək nəsillər də erməni faşizminin qanlı əməllərinin şahidi olacaqlar”.
Azərbaycanın 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlubiyyətə uğratdığını vurğulayan F.Yıldırım əlavə edib: “Dövlətimizin başçısının dediyi kimi, biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Bu gün Ermənistanda faşistlər qəhrəmanlaşdırılır. İkinci Dünya müharibəsində faşistlərə xidmət edən Njdeyə Ermənistanın paytaxtında abidə ucaldılıb. Təbii ki, bu fakt faşizmin təbliğatıdır. Bu gün isə Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan revanşist iddialarla çıxış edirlər. Beynəlxalq ictimaiyyət faşizmin bütün təzahürlərinə qarşı mübarizə aparmalıdır. O cümlədən, erməni faşizminin bütün təzahürləri məhv edilməlidir. Əks halda, bəşəriyyət gələcəkdə də bu bəladan əziyyət çəkəcək. Əgər erməni faşizmi baş qaldırarsa, Azərbaycana təhlükə yaradarsa yenə də başları üzərində dəmir yumruğu görəcəklər. Prezident İlham Əliyev qeyd etdi ki, belə bir təhlükəni hiss etsək, dərhal məhv ediləcək. Bütövlükdə isə, faşizmin bütün əlamətlərinə qarşı dünya ictimaiyyəti mübarizə aparmalıdır. Çünki faşizm bəşəriyyətə qarşı bir cinayətdir. Ona görə də, bütün ölkələr bu mübarizədə fəal olmalıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…