21 baxış
Bu yazını paylaşın
Siyasi

FAO-nun baş direktoru: Azərbaycanda ərzaq sistemlərinin və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var

06 May 2022

Mən Sizin çoxşaxəli, gözəl, əlverişli mövqedə yerləşən ölkənizə səfərə gəldiyimə görə çox şadam. Azərbaycan nadir ölkədir.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu Azərbaycan Prezidenti İlham Əliyevlə videoformatda görüşü zamanı deyib.

“Çox şadam ki, Sizin ölkənizdə səfərdəyəm, təkcə ona görə yox ki, nadir mövqedə yerləşirsiniz, həm də ona görə ki, ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Tərəfinizdən də güclü dəstəklənən aqroelektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, habelə kənd yerlərinin rəqəmsal inkişafı xüsusi əhəmiyyətə malikdir. Mən bu təşəbbüsləri dünyada təşviq etmək və təşkilata üzv olan, ərazi baxımından Azərbaycan kimi ölkələrlə paylaşmaq istərdim”, – deyə FAO-nun baş direktoru bildirib.
Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” mövzusunda beynəlxalq konfransın önəmini vurğulayan Qu Donqyu deyib: “Hesab edirəm ki, bu, bizim üçün Sizdən, həmkarlarınızdan öyrənmək baxımından yaxşı fürsətdir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…