287 baxış
Bu yazını paylaşın
Siyasi

Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşdü

27 Yanvar 2022

Ankarada səfərdə olan QHT Agentliyinin rəhbərliyi Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşüblər.

“TELEJURNAL” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qonaqları salamlayan Fahrettin Altun Agentliyin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. F.Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşərək,  2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd edib.

Agentliyin rəsmisi Vüsal Quliyev Fahrettin Altuna qəbula görə təşəkkürünü bildirərək, Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. V.Quliyev Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşərək, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, görüş barədə məlumat Türkiyə Respublikası Prezident Administrasiyasının Komunikasiya İdarəsinin veb saytında yerləşdirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…