19 baxış
Bu yazını paylaşın
İctimai

“Əziz Şuşa” yarışında üçüncü mərhələnin qalibi: “Finişə 20 km məsafə qalmış birinciliyə inanırdım”

09 İyun 2023

“Finişə 20 km məsafə qalmış birinci yeri tutacağıma inanırdım”.

Telejurnal-ın  məlumatına görə, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin qalibi olan Yari Verstraeten mətbuat konfransında deyib.

Qəbələ-Gəncə marşrutu üzrə 170 km məsafə qət edərək finiş xəttinə birinci çatan belçikalı velosipedçi sevincini gizlətməyib: “Çox çətin yarış oldu. Başlanğıcda eniş olmuşdu. Sprintdə bir qrup digərlərindən ayrıldı, dörd nəfərdən ibarət mükəmməl qrup yarandı. Hərdən külək əks istiqamətdə oldu, yol da uzun idi. Ancaq maraqlı mübarizə alındı. Növbəti mərhələlərdə isə dağ etapı olacaq. İnanmıram ki, bu, məndə uğurlu alınsın”.

Üç mərhələdən sonra ümumi yarışın liderliyini ələ keçirən italiyalı Emanuele Ansolini sarı formanı geyindiyi üçün xoşbəxt olduğunu bildirib: “Birinci mərhələdə sarı formaya sahib çıxmaq üçün bir neçə saniyəm çatmadı. Bu gün bunu reallaşdırmağım üçün komandam çox köməklik göstərdi. Qarşınızda bu forma ilə oturduğum üçün xoşbəxtəm. Son iki mərhələ çox çətin olacaq. Liderliyimi sona qədər qorumağa çalışacağam”.

Yarışın direktoru Roland Hofer isə bu dəfə öncədən fərqli yarış gözlədiklərini söyləyib: “Bu gün fərqli yarış gözləyirdik. Qarşıda bizi iki çətin, dağlı mərhələ gözləyir. Bu gün ümumi qrupdan ayrılan velosipedçilər var idi. Hətta 4 dəqiqəlik məsafə yaranmışdı. Bu gün iki velosipedçini itirdik. Ümid edirəm ki, son iki mərhələdə hamı finişə çata biləcək”.

Qeyd edək ki, velosipedçilər iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km yol qət edəcəklər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…