95 baxış
Bu yazını paylaşın
Maraqlı

Evlənmədən öncə oxunulmalı olan 5 kitab.

17 May 2023

Evlilik- həyatımızda atdığımız ən böyük addım olduğunu desək, hər halda yanılmarıq.

İki bir-birini sevən şəxsin ortaq qərar nəticəsində ailə həyatı qurması həyatlarının ən gözəl və özəl anı ola bilər .  Çox vaxt yeni evli cütlüklər, bütün həyatlarını  xoşbəxt şəkildə keçirəcəklərini düşünür, qarşılaşdıqları maneələrin onları yollarından  uzaqlaşdırmayacağına əmin olurlar.

Lakin təəssüf ki, bu həmişə belə olmur.  Statistikaya əsasən, 2022il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halları qeydə alınıb .

Bəs erkən boşanmaların sayının bu qədər yüksək olmasının səbəbi nədir? Yeni evlənənlər niyə qısa müddət ərzində ayrılmağa qərar verillər?

Evlilikdən öncə münasibətlərinə əhəmiyyət verən, söhbət edən, üstündə vaxt və səy sərf edən cütlüklər,  evləndikləri zaman artıq fərqli hekayələri yox, öz hekayələrini yazmağa başlıyırlar. Evləndiyiniz zaman həyatınızdakı ən vacib və güclü şahidi seçirsiniz. Bunun fərqində olmaq, yetkinliyə doğru atılan vacib bir addımdır. Evlənmədən əvvəl gələcək həyat yoldaşınızla paylaşdığınız dəyərləri bilmək prioritetiniz ola bilər.  Birlikdə ”bir-birinizlə yaşamaq” üçün evlənirsiniz və bu evlilikdə ikiniz də özünüz kimi mövcud olmağı, yəni biz olmağı düşünürsünüzsə, dəyərləriniz uyğun olmalıdır.  Evlilik- səyahətinizə başladığınız zaman yeganə kapitalınız olan sevgi, azala və yox ola , böyüyə və inkişaf edə bilən bir şeydir. Bəli o , bu qədər, güclü, o qədər zərif və kövrəkdir. Qurduğunuz münasibətlərdən və üzərinizə götürdüyünüz rollardan xəbərdar olaraq düzgün yaşamalı, yaşamağa davam etməlisiniz.

Evlənmə qorxularınızı aradan qaldırmağa kömək edəcək və daha xoşbəxt bir münasibət üçün tövsiyyələr ala biləcəyiniz kitablarla tanış olmağa hazırsınız? Sizin üçün oxuyuculardan ən yaxşı rəy alan və evliliklə bağlı məsləhətləri ilə dillərə dastan olmuş kitabları topladıq.

Evlənmədən öncə

Yazıçı: Doğan Cüceloğlu

Səhifə sayı:224

Evlənmədən öncə oxunulmalı olan ən populyar əsərlə başlayaq!  Doğan Cüceloğlu , bu kitabında evlilik əsnasında birliktə yaradılan əhvalatlardan və bu müddətdə sevgidən necə istifadə edəcəyinizdən bəhs edir . Bir çox mütəxəssis cütlüklərə evlənmədən öncə bu kitabı oxumağı tövsiyyə edir. Çünki sizi anlayan  bir qələm sahibinin olmağı, sizi sakitləşdirir.

”Güvən,düstlük ağacının meyvəsidir”.

 

Evliliyə gedən yol

Yazıçı:  Aslı Zengin

Səhifə sayı: 228

Evlilik haqqında başqa bir maraqlı kitaba baxaq.  Romantik komediya 1-2filmlərini xatırlaya bilərsiz. Burda bu filmlərin senaristi olan Aslı Zenginin qələmindən bir kitab tövsiyyə etmək istəyirik. ”Məndə mi bir problem var?” deyə düşünməyə başlayan qadınlar, bu kitabı oxuduqdan sonra özlərini günahlandırmağı  dayandıra və həqiqətlə üzləşə bilərlər.

Əslində,bu kitab xəyallarınızdakı insanı tapmaq prosesi haqqında bir az danışır.Bəzi qadınlar xəyallarına asanlıqla çatırlar,bəziləri üçün isə bu proses gözləməklə keçir.Əyləncəli bir dildə yazılmış bu əsəri evliliyinizdən öncə oxumalı olduğunuz kitablar sırasına daxil etməlisiniz.

Evlilik aşkı öldürürmü?

Yazıçı: İlkim Öz

Səhifə sayı: 144

İlkim öz, bu kitabda minlərcə ildir insanoğlunun cavabını axtardığı sualı gündəmə gətirir.

Niyə bir zamanlar bir-birini dəli kimi sevən cütlüklər zaman keçdikcə mübahisə etməyə başlayırlar?

Əl-ələ, diz-dizə, göz-gözə başlayan sevgilər niyə evləndikdən sonra eyni sehrini qorumur?

Sevgi yeni doğmuş körpə kimi saf və təmizkən , niyə çirkinləşir, ölür, və cənazəsi onu doğuranlar tərəfindən  zalımlıqla aradan qaldırılır?

Qadınların və kişilərin sevgini necə yaşadıqları, evli cütlüklərin sevgini necə canlı tutduqlarını və ya  məhv etdiklərini bu kitabın səhifələrində görəcəksiz.

”Xoşbəxt olmaq üçün hədəf müəyyənləşdirməyin.”Belə olsa,xoşbəxt olaram”- deyə özünüzü şərtləndirməyin.Unutmayın ki, xoşbəxtlik içində yaşadığımız anda mövcuddur”.

Kişilər Marsdan,qadınlar Veneradan

Yazıçı : John Gray

Səhifə sayı:286

”Kişilər Marsdan, Qadınlar Veneradan” kitabının yazıçısı John Gray-ə görə iki fərqli cinsin nümayəndələri eyni dili danışmır. Kişilərə görə, qadınlar fərqli bir planetdən gəlir, və bunun tərsi də  keçərlidir.Buna görə də, onların arasında yanlış anlaşmalar, inciklik, bitməyən mübahisələr baş qaldırır.  Bu kitab vasitəsiylə John Gray bizə qarşı cinsin nümayəndələri ilə yaşamağı öyrənməyimiz üçün bir növ bələdçilik edir.

”Əgər valideyinlərimiz mənfi düşüncələrini boğmadan ünsiyyət qurmağı öyrənsəydilər,onda biz də uşaqlıqda mənfi duyğu və reaksiyalarımızı ”sınaq və səhv yolu ilə” ifşa etməkdən qorxmazdıq,əksinə,müsbət rol modelləri sayəsində xüsusilə mürəkkəb olan hisslərimizi çatdırmağı öyrənə bilərdik”.

Beş sevgi dili

Yazıçı: Gary Chapman

Səhifə sayı: 224

Evlilikdən öncə oxunulmalı olan  sıralamamızı ”beş sevgi dili” adlı kitabla sonlandıraq.

Bu kitabda sevginin 5fərqli dilindən bəhs edilir. Sözlərlə ifadə edilən sevgi, zaman ayıraraq göstərilən sevgi, xidmət etmək, hədiyyələşmək, fiziki təmas.  Kitabda hər sevgi dilinin nə anlama gəldiyi və necə ifadə edilə biləcəyi haqqında kifayət qədər məlumat verilir.

”Sevginin məqsədi istədiyimizi əldə etmək deyil,sevdiğimiz insanı xoşbəxt edəcək bir şey etməkdir”.

Ümid edirik ki, evlilik kimi önəmli və həyatınızı mütləq sürətdə   dəyişdirəcək bir məsələnin təməlini  tövsiyyə etdiyimiz kitabları oxuyaraq sağlam atarsınız.

Əkbərova Nigar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Amerikalı jurnalistlər Füzuli və Zəngilanın Ağalı kəndini ziyarət ediblər

02 Avqust 2023
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup…

Bu gecə Super Ay müşahidə olunacaq

01 Avqust 2023
Avqust ayında Yer kürəsinin sakinləri iki dəfə Super Ay…

“Threads” sosial şəbəkə istifadəçilərinin sayı iki dəfədən çox azalıb

31 İyul 2023
“Meta”nın yeni “Threads” sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib,…

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

28 İyul 2023
Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və…