168 baxış
Bu yazını paylaşın
Siyasi

“Eureporter” portalı: Azərbaycan-Avropa münasibətlərinə yenidən baxılmasına ehtiyac var

17 Fevral 2022

“Eureporter” portalında Milli Məclisin deputatı Nigar Arpadarainin “Avropa dəyərləri”nin bizim üçün anlamı, Azərbaycan-Avropa münasibətlərinə yenidən baxılmasına ehtiyac var” mövzusunda məqaləsi dərc olunub.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Avropa İttifaqının davamlı sülhə və bölgənin bütün ölkələrini əhatə edən regional əməkdaşlığa nail olmaq üçün yeni plan işləməli, əlaqələr, təhlükəsizlik, enerji, ekologiya, rəqəmsal transformasiya kimi vacib məsələlərə diqqət yetirməli olduğu vurğulanır. Həmçinin bildirilir ki, “Şərq tərəfdaşlığı” proqramının üzvləri onlar üçün ayrılıqda və birlikdə güclü Qərb tərəfdaşı olan Avropa İttifaqı ilə əməkdaşlıqdan necə faydalana biləcəyinin aydın planını təklif etməlidirlər.
Bundan əlavə, qeyd olunur ki, bu yaxınlarda keçirilən Şərq Tərəfdaşlığı Sammiti dialoq platforması təəssüratı yaradıb. Avropa İttifaqının Azərbaycana dəstək paketi elan olunub. Amma hələ iş planı hazırlanmalıdır.
Deputat qeyd edir ki, bu plan bütün tərəfdaşların ümumi maraqlarının dərk edilməsi və hamı üçün keçərli ümumi qaydaların qəbulu əsasında qurulmalıdır. Əgər buna müvəffəq olunarsa, ortaq Avropa dəyərləri ətrafında real müzakirəyə nail olacağıq.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…