27 baxış
Bu yazını paylaşın
Siyasi

ETSN əməkdaşına odlu silahdan atəş açan şəxs saxlanılıb – YENİLƏNİB-2

22 May 2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşına odlu silahdan atəş açan şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alınması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir.

Faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon polis şöbəsinə gətirilib və izahatı alınıb.

Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.

Daxili İşlər Nazirliyi (DİN) Ağstafaçay su anbarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarına odlu silahdan atəş açılması barədə məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Report”un Qərb bürosuna verdiyi məlumata görə, sözügedən məsələ ilə bağlı ilkin olaraq araşdırma aparılıb daha sonra davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Qeyd olunub ki, 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının yaralanmasına gəlincə, ilkin baxışda nə əməkdaşın özündə nə də geyimində hər hansı bir odlu silah aşkarlanmayıb: “Hər bir halda iddialar araşdırma predmetidir, ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdikləri növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən ediblər və torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Telejurnal” ın məlumatına görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb.

Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub.

Hazırda araşdırma aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…