31 baxış
Bu yazını paylaşın
Siyasi

Estoniyanın xarici işlər naziri Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmov ilə görüşüb

20 Aprel 2022

Azərbaycan-Estoniya diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Estoniyanın xarici işlər naziri xanım Eva Maria Liimets Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovla görüşüb.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki,görüşün əvvəlində xanım Eva Maria Liimets iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova ünvanladığı təbrik məktubunu səfir A.Məhərrəmova təqdim edərək, öz səmimi salamlarını və xoş arzularını nazirə çatdırmağı xahiş edib.
Öz növbəsində, səfir A.Məhərrəmov bu əlamətdar hadisə ilə əlaqədar olaraq, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Estoniyanın xarici işlər naziri xanım Eva Maria Liimetsə ünvanlanmış təbrik məktubunu təqdim edərək, nazirin səmimi salamlarını və xoş arzularını xanım nazirə çatdırıb.
Daha sonra, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi çərçivəsində Azərbaycanın Estoniyadakı səfirliyinin təşəbbüsü ilə Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən çap edilmiş poçt markaları xatirə qismində xanım nazirə təqdim olunub.
Mövzunun davamı olaraq, səfir A.Məhərrəmov xanım nazirin ölkəmizə tezliklə səfərinin həyata keçiriləcəyinə ümidvar olduğunu ifadə edib.
Görüşdə, həmçinin ikitərəfli münasibətlər, Ukraynadakı hazırkı vəziyyət, Ermənistan və Azərbaycan arasında aparılan danışıqların son durumu barədə fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…