36 baxış
Bu yazını paylaşın
Dünya

Estoniyanın Baş naziri Kaya Kallas istefasını elan edib.

14 İyul 2022

Estoniyanın Baş naziri Kaya Kallas vəzifəsindən istefa verdiyini elan edib.

 TELEJURNAL. az AZƏRTAC-a  istinadla xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Kaya Kallas istefa vermək qərarına gəldiyi barədə hökuməti rəsmən məlumatlandırıb. Bütün hökumət onunla birlikdə istefaya gedəcək”, – Estoniya hökumətinin saytında yerləşdirilən bəyanatda belə deyilir.

Kaya Kallas, həmçinin iyulun 15-də parlamentin fövqəladə iclasını çağırıb. Nazirlər Kabinetinin başçısı iclasda “Vətən” və Sosial Demokrat partiyaları arasında koalisiyaya əsaslanan yeni hökumətin qurulmasının ona həvalə olunması xahişi ilə deputatlara müraciət edəcək. O, qərarı ilə bağlı ölkə Prezidenti Alar Karisə məlumat verəcəyini bildirib.

Baş nazir ötən həftə hakim koalisiyadakı böhranla əlaqədar istefasının mümkünlüyünü dilə gətirmişdi. Estoniya prezidenti iyunun 3-də XİN, DİN və daha beş nazirliyin rəhbərini vəzifəsindən azad edib. Hakim koalisiyada fikir ayrılığına parlamentdə mərkəzçilərin eston dilində ibtidai təhsillə bağlı qanun layihəsinin əleyhinə səs verməsi səbəb olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…