28 baxış
Bu yazını paylaşın
İdman

Estoniyalı futbolçu: “Azərbaycanla oyunda qələbəni birinci hissədə təmin etməli idik”

19 İyun 2023

“Azərbaycanla oyunda qələbəni birinci hissədə təmin etməli idik”.

Telejurnal “un məlumatına görə, bunu Estoniya yığmasının futbolçusu Karol Mets Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

Yerli mətbuata açıqlama verən 30 yaşlı mərkəz müdafiəçisi “Dalğa Arena”dakı qarşılaşmada əllərinə düşən imkanları dəyərləndirməməyin onlara baha başa gəldiyini söyləyib: “Birinci hissə bizim üstünlüyümüz şəraitində keçdi, hər şey yaxşı alınırdı. Düzgün ötürmələrlə rəqibin müdafiəsindəki boşluqları tapa bilirdik. Qol vurmaq üçün də kifayət qədər imkanlarımız oldu. Lakin bundan yararlana bilməməyimiz sonda belə nəticəyə gətirib çıxardı”.

Mets görüşün ikinci hissəsində Azərbaycan yığmasının daha yaxşı çıxış etdiyini etiraf edib: “Rəqib fasilədən dərhal sonra əvəzləmələrə əl atdı, sistemi dəyişdi. Bizdə sanki bir qədər çaşqınlıq yarandı. Həm də nəzərə alaq ki, Azərbaycan yığması evdə oynayırdı və məğlub durumda idi. Belə vəziyyətdə onların hücuma atılmaları başadüşüləndir. Ümumilikdə birinci hissəni biz, ikinci yarını isə rəqib üstün keçirdi”.

Qeyd edək ki, Estoniya yığması F qrupunun növbəti turunda iyunun 20-də Belçika millisini qəbul edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…